FutbolMedia.Az
  • 13:15 Bazar ertəsi
    24 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
“Qarabağ” qrupda 1-ci olsa kimlərlə qarşılaşacaq? -

“Qarabağ” qrupda 1-ci olsa kimlərlə qarşılaşacaq? - Püşkatma

“Qarabağ” sabah Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq. Ağdam təmsilçisi qrupu 1-ci yerdə başa vurmaq üçün İsveçrədə qarşılaşacağı yerli “Bazel”ə mütləq qalib gəlməlidir.

Futbolmedia.az-ın xəbərinə görə, E qrupunda yarışan Qurban Qurbanovun komandası hazırda “Bazel”lə birgə 11 xalla 1-2-ci yerləri bölüşdürür. Lakin ağdamlılar topların nisbətinə görə rəqibdən geri qaldığından sonuncu oyunda qeydə alınacaq mümkün heç-heçə yalnız rəqibin xeyrinə olacaq. Ona görə də 1/8 finala birbaşa vəsiqə qazanmaq üçün son turda “Qarabağ”a qələbə lazımdır. Əks halda “Qarabağ” qrup ikincisi kimi əvvəlcə KL-in pley-offunda (şərti olaraq 1/16 final da adlandırmaq olar) Avropa Liqasında qrup üçüncüsü olan 8 komandadan biri ilə qarşılaşmalı olacaq.

“Qarabağ” 1/8 finala birbaşa vəsiqə qazanarsa...

Əgər sabah “Bazel” üzərində qələbə qazanılsa, bu halda qrup birincisi olaraq, Ağdam təmsilçisi 1/8 finalın püşkatmasında “səpələnmişlər” səbətində yer alacaq. Hazırda KL-də 6 komanda birinciliyi təmin edib. Bunlar aşağıda adları qeyd edilənlərdir:
“Alkmaar” (Niderland)
“Gent” (Belçika)
“Kopenhagen” (Danimarka)
LASK (Avstriya)
“Renn” (Fransa)
“Feyenoord” (Niderland)
Digər iki komanda qrupun sonuncu turunun sabahkı oyunlarından sonra müəyyənləşəcək. Onların rəqibləri pley-offun qalibləri olacaq və “səpələnməmişlər” səbətində yer alacaq (Konfrans Liqasının qrup 2-ciləri və ya Avropa Liqasının qrup 3-cüləri).

“Səpələnmişlər” səbətindəki komandalar iki oyundan ibarət olacaq 1/8 finalda cavab görüşlərini evdə keçirəcəklər. 1/8 finalın püşkatması 2022-ci ilin fevralın 25-də UEFA-nın Nyondakı qərargahında keçiriləcək. Bu mərhələnin oyunları isə 10 və 17 marta nəzərdə tutulub.

“Qarabağ” qrupda 2-ci yeri tutarsa...

Bu halda 1/8 finala gedən “marşrut” uzanacaq. Bunun üçün Ağdam təmsilçisi ilk növbədə Avropa Liqasından Konfrans Liqasına “düşən” 8 komandadan biri ilə qarşılaşmalıdır. Hazırda Avroliqadan qrup üçüncüsü kimi hələlik 2 komandanın KL-in pley-offunda oynayacağı dəqiqdir. Bunlar “Seltik” (Şotlandiya) və “Fənərbaxça”dır (Türkiyə). İsrailin “Makkabi” (Tel-Əviv) komandasının isə “pley-off”da KL-nin qrup ikincisi kimi oynayacağı dəqiqləşib.

16 komandanın iştirakı ilə keçiriləcək pley-offun püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. Bu zaman KL-in qrup 2-ciləri “səpələnmişlər”, AL-in qrup 3-cüləri isə “səpələnməmişlər” səbətində yer alacaqlar. KL-in qrup ikinciləri cavab görüşlərini evdə keçirəcəklər.

Pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.

Konfrans Liqasının 1/8 finalın eyni ölkəni təmsil edən 2 komanda bir-birinə rəqib ola bilməzlər.

Əlavə edək ki, "Bazel" - "Qarabağ" matçı sabah gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

8-12-2021, 15:43
18688
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
8-12-2021, 14:02
"Bazel"in əsas üzvləri zədələndi - "Qarabağ"la oyunu buraxacaqlar
6-12-2021, 15:45
UEFA-dan növbəti
UEFA-dan növbəti "Qarabağ" paylaşımı
25-11-2021, 08:30
"Qarabağ" "Omoniya"ya qarşı - YENİLƏNİR
23-11-2021, 13:25
"Barselona" "Benfika"ya, "Bavariya" "Dinamo"ya qarşı - YENİLƏNİR
17-11-2021, 09:15
Pley-off mərhələsində səbətlərin tərkibi bilindi
Pley-off mərhələsində səbətlərin tərkibi bilindi
4-11-2021, 11:45
Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinə start verilir
Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinə start verilir
4-11-2021, 09:15
"Qarabağ" "Kayrat"a qarşı - YENİLƏNİR
22-10-2021, 13:15
"Qarabağ" məğlubedilməzlər sırasında
20-09-2021, 11:00
“Qarabağ”ın rəqibi “Bazel”dən böyükhesablı qələbə
“Qarabağ”ın rəqibi “Bazel”dən böyükhesablı qələbə
16-09-2021, 10:19
"Qarabağ" "Bazel"ə qarşı - YENİLƏNİR
27-08-2021, 09:24
Bu gün
Bu gün "Qarabağ"ın rəqibləri müəyyənləşəcək - YENİLƏNİR
16-06-2021, 16:00
Konfrans Liqası:
Konfrans Liqası: "Qarabağ", "Keşlə" və "Sumqayıt"ın rəqibləri bəlli oldu
  Xəbər Lenti
“Milan” portuqaliyalı müdafiəçini istəyir - Transfer xəbərləri 24.08.2026, 12:10
"Nyukasl" - "Liverpul" 2:2 - VİDEO 24.08.2026, 11:37
"Barselona" Almaniya millisinin hücumçusunu transfer etmək istəyir - Transfer xəbərləri 24.08.2026, 11:06
"Neftçi" rəqibi "Araz-Naxçıvan"ı darmadadğınla rəzil etdi - VİDEO 24.08.2026, 10:15
"Barselona" rəqibini darmadağın etdi - La Liqa 24.08.2026, 09:13
Yuri Vernidub: "İki qələbədən sonra göylərdə uçmaq lazım deyil" 24.08.2026, 08:11
Kurban Berdiyev: “Hamı qol olduğunu gördü, hakim görmədi” 23.08.2026, 21:19
Azər Bağırov: “Düzgün oyun nümayiş etdirdik” 23.08.2026, 21:00
Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” 23.08.2026, 20:04
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb