



Super Liqa klubu seneqallı müdafiəçi ilə gücləndi
Türkiyədəki dəhşətli zəlzələdən sonra bu mövsümün sonuna kimi Super Liqadan çəkilən “Qaziantep”də daha bir ayrılıq qeydə alınıb.
Futbolmedia.az xəbər verir ki, Seneqal yığmasının müdafiəçisi Papi Djilobodji “Kasımpaşa”ya keçib.
İstanbul klubu 34 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb.
Djilobodji 2019-cu ildən oynadığı “Qaziantep”də 129 oyuna 15 qol vurub. O, “Dijon”, “Sanderlend”, “Verder”, “Genqam” və “Çelsi” kimi klubların da formasını geyinib, Seneqal millisində 17 oyun keçirib.
“Kasımpaşa” buna qədər “Qaziantep”də qapıçı Günay Güvenç ilə yarımmüdafiəçi Mustafa Eskihellaçı da icarəyə götürmüşdü.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
"Qalatasaray"ın hücumçusu əməliyyat olundu - Xarici xəbərlər 25.11.2026, 18:09
"Neftçi"nin futbolçuları üçün seminar keçirildi 25.11.2026, 17:07
"Şəfa" klubunda iclas oldu - Zaur Həşimov idtefaya göndəriləcəkmi? 25.11.2026, 16:15
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər 25.11.2026, 15:23
“Kalyari” “Napoli”nin hücumçusuna göz dikib - Transfer xəbərləri 25.11.2026, 14:05
"Fənərbaxça" "Şaxtyor"la, PSJ "Roma"ya qarşı - Çempionlar Liqası 25.11.2026, 13:14
“Çelsi”nin müdafiəçisi Fofana: "Həmin vaxt futbolu tərk etmək istəyirdim" 25.11.2026, 12:11
Ronaldodan 987-ci qol - 1000-ci qol çox az qaldı 25.11.2026, 11:37
"Sabah" "Barselona"ya qarşı - YENİLƏNİR 25.11.2026, 11:05
Azərbaycan Premyer Liqası



















