



Rusiya Avro-2028-də də iştirak edə bilməyəcək
UEFA Ukraynaya qarşı genişmiqyaslı işğal səbəbindən Rusiyanın beynəlxalq təcridini uzadıb.
Futbolmedia.az xəbər verir ki, Rusiya yığması Avro-2028-in seçmə mərhələsinin püşkatma iştirakçılarının siyahısına rəsmi olaraq daxil edilməyib.
Təşkilatın baş katibi Teodor Teodoridisin imzası ilə müvafiq sənəd bütün milli assosiasiyalara göndərilib. Sənədlərdə qeyd olunur ki, seçmə tsikldə UEFA-nın 55 üzvündən 54 yığma iştirak edəcək. Bu qərar rusiyalıları 2028-ci il iyunun 9-dan iyulun 9-dək Böyük Britaniya və İrlandiyanın ev sahibliyi edəcəyi qitə birinciliyində oynamaqdan avtomatik olaraq məhrum edir.
Xatırladaq ki, bütün Rusiya klubları və milli yığmaları 2022-ci il fevralın 28-dən FIFA və UEFA tərəfindən tam qadağa altındadır. Onların qeyri-müəyyən müddətə uzaqlaşdırılması haqqında qərar Ukraynaya qarşı irimiqyaslı hərbi əməliyyatın başlanmasından dərhal sonra qəbul edilib.
Avro-2028 Rusiyanın iştirakı olmadan keçəcək ardıcıl dördüncü böyük turnir olacaq:
DÇ-2022 (pley-off matçlarından əvvəl diskvalifikasiya);
Avro-2024;
DÇ-2026;
Avro-2028.
Beləliklə, Rusiya millisi ən azı DÇ-2030-a qədər böyük futbol turnirlərindən kənarda qalacaq. Ruslar beynəlxalq Arenada sonuncu rəsmi matçını 2021-ci il noyabrın 14-də keçirib. Həmin vaxt DÇ-2022-nin seçmə mərhələsinin qrup mərhələsinin son turu çərçivəsində komanda Split şəhərində Xorvatiya yığmasına 0:1 hesabı ilə məğlub olmuşdular.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























