



Portuqaliya 1/8 finalda
Qətərdə təşkil olunan DÇ-2022-də bu gün 2-ci tura yekun vurulub.
Futbolmedia.az xəbər verir ki, bu gün üçün G və H qruplarında 4 matç keçirilib.
G qrupunda Kamerun Serbiya ilə qarşılaşıb. 6 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 3:3.
Bu qrupun digər matçında isə Braziliya İsveçrəni sınağa çəkib və 1:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 6-ya yüksəldən Braziliya pley-offa vəsiqəni təmin edib.
H qrupunda Cənubi Koreya Qana ilə üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub. Bu qrupun digər oyununda isə Portuqaliya Uruqvayla qarşılaşıb və 2:0 hesablı qələbə ilə xallarını 6-ya çatdıraraq pley-offa vəsiqəni təmin edib.
Beləliklə, iki turdan sonra pley-offa 3 komanda yüksəlib - Fransa, Braziliya və Portuqaliya.
28 noyabr
DÇ-2022, qrup mərhələsi, 2-ci tur
H qrupu
23:00. Portuqaliya - Uruqvay - 2:0
Qollar: Bruno Fernandeş, 54, 90+3-pen.
17:00. Cənubi Koreya- Qana - 2:3
Qollar: Məhəmməd Salisu, 24 (0:1), Məhəmməd Kudus, 34 (0:2), Ço Qyu Sunq, 58 (1:2), 61 (2:2), Məhəmməd Kudus, 68 (2:3)
Azərbaycan Premyer Liqası






















