



"Qarabağ" UEFA reytinqində irəlilədi
"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib.
Futbolmedia.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, "köhlən atlar" avrokubokların qrup mərhələsinin sonuncu - VI turunun matçlarından sonra açıqlanan siyahıda 61-ci sırada yer alıb. Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var.
Ağdam klubu Avropa Liqasının G qrupunun son turunda Bakıda Almaniya "Frayburq"u ilə heç-heçə edib. Məhz bu nəticə "Qarabağ"ın reytinqdə irəliləməsinə səbəb olub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda Yunanıstan PAOK-u və Rusiya "Krasnodar"ı ilə 61 - 63-cü yerləri bölüşür.
Qeyd edək ki, cədvələ 131,000 xalla İngiltərənin "Mançester Siti" klubu başçılıq edir.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Azərbaycan Premyer Liqası























