



“Qarabağ”ın Fransaya səfər proqramı açıqlandı
UEFA Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşacaq “Qarabağ” oktyabrın 25-i Fransaya yollanacaq.
Futbolmedia.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Oktyabrın 26-da saat 19:10-da (Bakı vaxtı ilə 21:10) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 19:30-da isə (Bakı vaxtı ilə 21:30) matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Azərbaycan Premyer Liqası























