FutbolMedia.Az
  • 00:15 Cümə
    27 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Məşhur alman nəşrindən “Qarabağ” haqda xoş sözlər

Məşhur alman nəşrindən “Qarabağ” haqda xoş sözlər

Almaniyanın məşhur “Kicker” idman jurnalının saytı Avropa Liqasının qrup mərhələsinin “Frayburq” - “Qarabağ” matçı (2:1) haqda yazı dərc edib.

Futbolmedia.az xəbər verir ki, yazıda Qurban Qurbanovun komandasının ikinci hissədə rəqibinə xeyli problem yaratdığı bildirilib.

Yazıda qeyd edilir: “2:2 hesabı bu görüşün ədalətli nəticəsi olardı. Azərbaycan komandasının gücü bir çoxları üçün gözlənilməz oldu. Amma “Frayburq”un baş məşqçisi Kristian Ştrayx üçün deyil. O, matçdan sonra azərbaycanlı jurnalistin sualına cavab verərkən dedi: “Mən qalib gələndə həmişə narazı qalıram”. Onun belə fikir səsləndirməsi təsadüfi deyil. Bundesliqada “Ştutqart”, “Bohum” və “Bayer” üzərindəki son 3 qələbədən sonra baş məşqçi bəzi boşluqlara diqqət çəkməklə yanaşı bəxtlərinin gətirdiyini də söylədi.

“Qarabağ”la oyunda rəqib “Frayburq”un qapısı önündə 5 qol imkanı yaratdı. 81-ci dəqiqədə “Frayburq”un bəxti də gətirdi. Kiliann Sildilliya Abdullah Zubirin cərimə meydançasında zərbə vurmasının qarşısını aldı. Onların bəxti gətirdi ki, penalti təyin olunmadı. Matçı ümumən yaxşı idarə edən belçikalı hakim Erik Lambrexstin bunun üçün əsaslı səbəbi ola bilərdi. Amma Sildilliyanın müdaxiləsi penaltinin olduğuna dair də fikir yürütməyə imkan verir.

“Bu, sərt təmas idi. Həmin an mən o qənaətə gəldim ki, burada penalti yox idi. Amma mən epizoda yenidən baxmalıyam” - deyə Kristian Ştrayx oyundan sonra bildirdi.

Final fitinə yaxın Ovusu Kvabenanın zərbəsindən sonra top qapının üstündən keçdi. Bütün bunlara baxmayaraq, Kristian Ştrayx bu dəfə komandasından razı qaldı: “Ümumən bu qələbəni layiqli hesab etmək olar. Ona görə ki, biz yaxşı və yüksək əhval-ruhiyyədə oynadıq”.

Ştrayx rəqibin keyfiyyətli oyunu haqda bunları dedi: “Biz onların “Sürix”, “Ferentsvaroş”la Budapeştdəki və “Viktoriya” ilə oyunlarını təhlil etmişdik. Mən onlardan belə oyun gözləyirdim. “Qarabağ” yaxşı komandadır. Onların əla sistem və taktikası var”.

Ştrayx bildirdi ki, “Qarabağ” rəqibin top itkilərindən özünün texnikalı futbolçuları sayəsində dərhal və məharətlə istifadə edir. “Mən bu komandayla daha bir yaxşı oyun gözləyirəm (noyabrda Bakıda - Qol.az)”.

Ştrayx qrupun 4 komandası arasında favorit görmür: “Dörd komandanın hər biri bərabər səviyyədədir. Yekunda 1 və 4-cü yeri tutan komandalar arasında xal fərqi çox az ola bilər”.

10-09-2022, 13:17
18056
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
9-09-2022, 09:17
"Frayburq"un baş məşqçisi: "Oyunun belə keçəcəyini gözləyirdim"
9-09-2022, 08:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Rəqib futbolçu deyib ki, "Qarabağ"ın epizodunda təmiz penalti var idi"
7-09-2022, 21:55
Qurban Qurbanov:
Qurban Qurbanov: “Frayburq”un bütün futbolçularının adlarını əzbər bilirəm”
8-09-2022, 12:10
"Qarabağ"ın futbolçusu Veşoviç :
8-09-2022, 08:27
"Qarabağ" "Frayburq"a qarşı - YENİLƏNİR
4-09-2022, 13:20
“Frayburq”un baş məşqçisi:
“Frayburq”un baş məşqçisi: “Qarabağ”ın oyununa baxmışam, yaxşı komandadır“
18-08-2022, 16:08
Çexiya mətbuatı:
Çexiya mətbuatı: “Qarabağ”ın Budapeşt qələbəsi “Viktoriya”ya xəbərdarlıq olmalıdır”
3-08-2022, 22:25
Stanislav Çerçesov:
Stanislav Çerçesov: "Macarıstanda hər şey yenidən başlayacaq"
19-07-2022, 22:10
Franko Foda:
Franko Foda: "İlk hissədə "Qarabağ"ı saxlaya bilmirdik"
27-04-2022, 09:15
Qvardiola:
Qvardiola: "Real" çox əsəbi idi"
18-02-2022, 08:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Səfərdə oynasaq da, çox yaxşı oyun göstərdik"
19-08-2021, 22:25
“Aberdin”in baş məşqçisi:
“Aberdin”in baş məşqçisi: “Bu cür meydançada oyun sərgiləmək çətindir”
  Xəbər Lenti
ingiltərəli yarımmüdafiəçi İspaniya klubuna keçə bilər - Transfer xəbərləri 26.11.2026, 18:04
İtaliya millisinin hücumçusu "Yuventus"a keçə bilər - Transfer xəbərləri 26.11.2026, 17:02
Bugünkü oyunları yayımlayacaq kanallar 26.11.2026, 16:29
Rafinya formasını "Sabah"ın bu futbolçusuna verdi - 26.11.2026, 16:00
"Beşiktaş" - "Qalatasaray" oyununun hakimləri açıqlandı 26.11.2026, 15:06
Alisson Beker “Liverpul”un tarixinə düşdü - Xarici xəbərlər 26.11.2026, 14:00
“Çelsi” “Bornmut”un futbolçusu Aleks Skottu heyətinə qatmaq istəyir - Transfer xəbərləri 26.11.2026, 13:11
“Bayern”in yeni transfer hədəfi Erik Şupo-Motinq - Transfer xəbərləri 26.11.2026, 12:07
La Liqada noyabr ayının ən yaxşı futbolçusu mükafatına 5 namizəd - Xarici xəbərlər 26.11.2026, 11:01
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb