



Kvaratsxeliya İtaliyada qollarını sıralamaqda davam edir
“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya A seriyasında 4-cü qolunu vurub.
Futbolmedia.az xəbər verir ki, 21 yaşlı gürcü oyunçu 5-ci turda səfərdə “Latsio”ya qarşı matçda (2:1) komandasının qələbə qolunun müəllifi olub. "“Opta Sport” statistikası səhifəsi yazır ki, bununla da o, “Napoli”də “qol+ötürmə” üzrə rekorda imza atıb və 5 xal toplayıb.
Xviça A seriyasındakı debüt mövsümünün ilk 5 turunda 4 qol vurub, 1 qolun da ötürməsini edib. Buna qədər klubun tarixində heç bir oyunçu bu nəticəyə nail ola bilməyib.
Qeyd edək ki, "Napoli" hazırda 11 xalla "Milan"la birgə turnir cədvəlinə başçılıq edir.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Azərbaycan Premyer Liqası























