



"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusu Ukrayna klubunda
Macarıstan "Ferentsvaroş"unun və Ukrayna yığmasının futbolçusu Aleksandr Zubkov Donetsk "Şaxtyor"una keçib.
Futbolmedia.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. Tərəflər arasında transfer şərtləri açıqlanmayıb.
Zubkovun Budapeşt klubu ilə sözləşməsi 2024-cü ilədək idi. Lakin komandanın rusiyalı baş məşqçisi Stanislav Çerçesov onu Çempionlar Liqasının oyunlarına sifariş etmirdi.
Qeyd edək ki, "Ferentvaroş" III təsnifat mərhələsində "Qarabağ"a rəqib olub. İki komanda arasında Bakıda keçirilmiş ilk matç heç-heçə ilə yekunlaşıb - 1:1. Cavab görüşü avqustun 9-da Macarıstan paytaxtındakı "Groupama Arena"da keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Azərbaycan Premyer Liqası






















