



“Qəbələ” – “Sabah”a,“Qarabağ” – “Neftçi”yə qarşı - YENİLƏNİR
Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulacaq.
Futbolmedia.az xəbər verir ki, 28-ci turun bütün görüşləri eyni gündə keçiriləcək. "Zirə" "Şamaxı"nı, "Qəbələ" "Sabah"ı, "Sumqayıt" "Səbail"i, "Qarabağ" isə "Neftçi"ni qəbul edəcək.
Qeyd edək ki, "Qarabağ" 3 tur öncə çempionluğu rəsmiləşdirib. "Neftçi", "Zirə" və "Qəbələ"nin isə növbəti mövsüm üçün Konfrans Liqasına vəsiqə qazandığı müəyyənləşib. Mükafatçılar sırasına düşən komandalar bu gün təltif olunacaqlar.
21 may (şənbə)
17:00. “Zirə” – “Şamaxı”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu
17:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu
19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov
“Kapital Bank Arena”
19:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
“Azersun Arena
Azərbaycan Premyer Liqası























