



“Səbail” “Sabah”a, “Qarabağ” “Zirə”yə qarşı - YENİLƏNİR
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start veriləcək.
Futbolmedia.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Səbail” “Sabah”ı qəbul edəcək.
Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” isə doğma meydanda “Zirə” ilə üz-üzə gələcək.
8 may (bazar)
18:00. “Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“ASCO Arena”
20:15. “Qarabağ” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
“Azersun Arena”
9 may (bazar ertəsi)
17:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
“Kapital Bank Arena”
19:45. Qəbələ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu.
Azərbaycan Premyer Liqası























