



Paulo Dibala üçün "İnter"dən əla təklif
“Yuventus”un hücumçusu Paulo Dibala böyük ehtimalla, karyerasını elə A Seriyasında davam etdirəcək.
Futbolmedia.az xəbər verir ki, “İnter” argentinalı futbolçuya sərfəli təklif göndərib. Milan nəhəngi Dibalaya 3 illik müqavilə təklif edir. Hücumçu təklifi qəbul etsə, illik məvacibi 7 milyon avro olacaq.
Dibala ilə İngiltərə “Nyukasl”ı da maraqlanır. “Sağsağanlar”ın da təklifi cəlbedicidir. Ona həftədə 200 min funt məvacib vəd olunur ki, bu da “Nyukasl” tarixi üçün rekorddur.
Argentinalının xidmətində “Mançester Yunayted”lə “Arsenal”ın da maraqlı olduğu bildirilir.
Dibala “Yuve”də 2015-ci ildən çıxış edir. Onun müqaviləsi bu yay başa çatır. Hücumçu Turin klubunu azad agent kimi tərk edəcək.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Lamin Yamal "Sabah"a 1 qol vursa... 23.11.2026, 12:14
"Liverpul" – "Mançester Yunayted" 4:0 - VİDEO 23.11.2026, 11:33
Toral Bayramov yenə ehtiyyatda qaldı, "Bursaspor" qalib gəldi 23.11.2026, 11:01
Dieqo Simeone La Liqada tarixi rekorda imza atdı - 23.11.2026, 10:10
Musiala məşqdə yenə huşunu itirdi - Xarici xəbərlər 23.11.2026, 09:18
Millimizin üzvü Renat Dadaşovun komandasından qələbə 23.11.2026, 08:27
“Kəpəz” - “Qarabağ” matçından - VİDEO 22.11.2026, 21:26
Azər Məmmədov: “Avrokuboklara vəsiqə qazansaq...” 22.11.2026, 21:25
Qurban Qurbanov: “Xallar itiririk, bununla razılaşmamaq mümkün deyil” 22.11.2026, 20:04
Azərbaycan Premyer Liqası





















