



İtaliya "Udineze" klubu karantinə alındı
İtaliya "Udineze"si tam tərkibdə karantinə alınıb.
Futbolmedia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna komandada koronavirusa yoluxma hallarının artması səbəb olub.
Kollektiv yerli səhiyyə orqanının qərarı ilə yanvarın 5-dən 9-dək təcrid olunub. Bu üzdən "Udineze"nin "Fiorentina"ya, və "Atalanta"ya qarşı keçirəcəyi çempionat oyunları baş tutmayacaq.
Klub görüşlərin təxirə salınması xahişi ilə A Seriyasının rəhbərliyinə müraciət etsə də, bunun mümkün olmadığı bildirilib. Bu halda komandaya texniki məğlubiyyət veriləcəyi gözlənilir.
Qeyd edək ki, indiyədək "Udineze"də 9 futbolçunun COVID-19 testi müsbət çıxıb.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Lamin Yamal "Sabah"a 1 qol vursa... 23.11.2026, 12:14
"Liverpul" – "Mançester Yunayted" 4:0 - VİDEO 23.11.2026, 11:33
Toral Bayramov yenə ehtiyyatda qaldı, "Bursaspor" qalib gəldi 23.11.2026, 11:01
Dieqo Simeone La Liqada tarixi rekorda imza atdı - 23.11.2026, 10:10
Musiala məşqdə yenə huşunu itirdi - Xarici xəbərlər 23.11.2026, 09:18
Azərbaycan Premyer Liqası





















