FutbolMedia.Az
  • 10:35 Bazar ertəsi
    12 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: "Heç kimdə günah yoxdur, taleyin acı tərəfidir"

“Qələbə üçün bu gün qol çatmadı”.

Futbolmedia.az
xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sumqayıt”la keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.

O, komandasının çıxışını belə dəyərləndirib: “Bu cür rəqibə qarşı oynamaq çox çətin idi. Meydana böyük itkilərlə çıxmışdıq, 5 oyunçumuz yox idi. Ən azı ikinci hissədə onları meydana buraxsaydıq, bizə böyük köməkləri dəyə bilərdi. Təəssüf ki, zədə səbəbindən yox idilər. Qol vurmaq üçün o qədər də şans yarada bilmədik. Ötən oyun da göstərdi ki, bu baxımdan çətinlik çəkirik. Rəqiblər bizə qarşı qapanırlar. Oyunun içində çox əziyyət çəkdik. Ötən matçda da rəqibin qapalı çıxış etməsi bizə çətin anlar yaşatdı. Futbolçularım əllərindən gələni etdilər. Rəqibə yaxşı təzyiq edirdik. Hətta ikinci hissədə “Sumqayıt” qapımıza yaxınlaşa bilmirdi”.

- Yusuf Laval da oyun zamanı ayağında ağrı hiss etdi. Bu qədər oyunçunun zədə alması nə ilə bağlıdır?

- Lavalın matça kimi heç bir problemi yox idi. Romen Bask üç gündür qızdırma içindədir. Mamadu Mbodjun əli qırılıb, Mert Çelik cəzalıdır. Xorxe Korrea məşqdə zədə alıb. Dünən isə oyunöncəsi məşqdə Sezar Meza Kollinin əzələsi dartıldı. Ola bilsin ki, bunlar ilin sonları ilə əlaqədardır. Xorxeni başa düşürəm, 5-6 ay idi ki, məşq keçməmişdi. Bu gün bəhanələr axtarmaqla məşğul olmalı deyilik. Ronaldo kimi futbolçunun da millidə qaçdığı yerdə əzələsi dartılır. Heç kimdə günah yoxdur. Taleyin acı tərəfidir.

- Son çempion kimi o qədər də uğurlu mövqedə deyilsiniz. Yenidən çempionluq yarışına qoşulmaq üçün qışdan sonra nə kimi dəyişikliklər olacaq?

- Dəyişikliklər fikirləşirik. Oyunların yükünün altından çıxmadıqca bu barədə düşünürük. Bəzi mövqeləri gücləndirmək, yerli balansı düzəltmək istəyirik. Axtarışdayıq. Bu acı durumda gənclər qazanc götürə bilərlər. Onlar bundan sonrakı matçlarda da əsas heyətdə meydana çıxıb, gələcək heyətin formalaşmasında kömək ola bilərlər. Öz komandamda futbolçuların meydanda əl-qolunu aşağı saldığını görmürəm. Bu gün də rəqibə ciddi əks-hücum imkanı vermədik. Mənli, mənsiz nə qədər bacaracağımızı zaman göstərəcək.

- Ayaz Quliyevin adı komandanızla tez-tez hallanır. Onun “Neftçi”yə keçməsi nə dərəcədə inandırıcıdır?

- Ayaz Quliyev barədə məlumatım yoxdur. Amma skautlarımız yaxın ətrafda olan azərbaycanlılarla maraqlanırlar. Ancaq konkret ad deyə bilmərəm.

- “Sumqayıt”ın müdafiə futbolu göstərəcəyi öncədən bilinirdi. Bəzi futbolçularınızda sanki anında qərar vermək problemi var idi. Ara ötürmələri və uzaqdan zərbələri bu gün görmədik. Bunlar nə ilə bağlıdır?

- Bu gün futbol nə qədər sürətlənirsə, futbolçuların qərarı da o qədər sürətli olmalıdır. Birinci planda oyunçunun bacarığı olmalıdır. Bəzi məşqlərlə nələrisə düzəldə bilərsən. Amma elə məqamlar var ki, futbolçu özü meydanda qərar verməlidir. Təcrübəsizlik, tələskənlik bir neçə futbolçuda özünü büruzə verdi. Oyunumuzda balanssızlıq var, bunu da yavaş-yavaş aradan qaldırmağa çalışacağıq.

5-12-2021, 19:00
14604
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
7-11-2021, 22:45
Qurban Qurbanov:
Qurban Qurbanov: "Artıq uduzmaqdan qorxmuram"
31-10-2021, 21:09
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Mənim kimi səbirli adam da artıq dözmür"
17-10-2021, 18:59
Ayxan Abbasov :
Ayxan Abbasov : "İndi "Sumqayıt"a 3 il əvvəlki kimi yanaşılmır"
25-08-2021, 20:48
Samir Abasov:
Samir Abasov: "İsrailə elə-belə gəlməmişik"
19-08-2021, 23:49
Samir Abasovdan gülməli açıqlama
Samir Abasovdan gülməli açıqlama
18-08-2021, 20:00
Samir Abasov:
Samir Abasov: "Narahat edən məqamlar var"
15-08-2021, 22:45
Samir Abasov:
Samir Abasov: "Namiqin getməyi bizə böyük zərbə oldu"
3-08-2021, 23:08
HİK-in baş məşqçisi:
HİK-in baş məşqçisi: "Neftçi"nin qolları çox gözəl idi"
28-07-2021, 23:40
Samir Abasov:
Samir Abasov: “Bunun da ucbatından qol buraxdıq“
22-07-2021, 08:02
Samir Abasov:
Samir Abasov: "Rəqibdən də çox şey asılıdır"
14-07-2021, 23:33
Samir Abasov:
Samir Abasov: "Belə səhvləri yunanlar bağışlamaz"
13-07-2021, 20:45
Samir Abasov:
Samir Abasov: “Bunu Gürcüstandakı matçda hiss etdik“
  Xəbər Lenti
Klarens Zeedorf Braziliyanın “Korintians” klubunun baş məşqçisi oldu - Xarici xəbərlər 12.10.2026, 10:06
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu 12.10.2026, 09:07
Toral oynamadı,klubu məğlub oldu - Türkiyə Superliqası 12.10.2026, 08:16
"Şəfa" - "Turan Tovuz" 0:1 - VİDEO 11.10.2026, 22:09
Zaur Həşimov: “Ustalıq səviyyəmiz hələ kifayət etmir” 11.10.2026, 21:27
Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?” 11.10.2026, 20:50
"İmişli" - "Qarabağ" 0:2 - VİDEO 11.10.2026, 19:13
Fərid Namazov: “Lazımsız vərəqələr almağın tərəfdarı deyilik” 11.10.2026, 18:43
Qurban Qurbanov: “Bizim üçün çox vacib qələbə oldu” 11.10.2026, 18:31
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb