



Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi - Xarici xəbərlər
Avropa Klublar İttifaqı (UEC) UEFA-dan Avropa Komissiyasına rəsmi şikayət göndərib.
Futbolmedia.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Şikayət Aropa Klublar Birliyi (EFC) ilə UEFA arasında imzalanmış anlaşma memorandumu ilə bağlıdır.
UEFA ilə EFC arasındakı razılaşma 2033-cü ilin iyulunadək qüvvədə olacaq. Sənədə əsasən, EFC Avropa klublarını təmsil edən yeganə qurum hesab olunur.
Üç il əvvəl yaradılan UEC bu qərarla razı deyil. Təşkilat hesab edir ki, belə olan halda böyük klublar Avropa futbolunda daha çox söz sahibi olur, kiçik klubların isə fikirləri nəzərə alınmır. Bu vəziyyət komandaların Çempionlar Liqası və Avropa Liqasına vəsiqə qazanmaq imkanlarına da təsir edə bilər.
UEC həmçinin bildirir ki, klublar UEFA və EFC-nin icazəsi olmadan başqa beynəlxalq təşkilatlara üzv ola bilmirlər.
Təşkilatın məlumatına görə, onun 25 ölkədən 138 üzv klubu var. Onlardan 59-u mümkün təzyiqlərdən ehtiyat etdiyi üçün üzvlüyünün açıqlanmasını istəməyib.
UEC Avropa Komissiyasından UEFA ilə EFC arasındakı razılaşmanın rəqabət qaydalarına uyğun olub-olmadığını araşdırmağı tələb edib.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























