



“Arsenal”ın şikayəti rədd edildi - Xarici xəbərlər
İngiltərə Futbol Assosiasiyası “Arsenal”ın yarımmüdafiəçisi Maks Doumanın diskvalifikasiyası ilə bağlı apellyasiyasını rədd edib.
Futbolmedia.az xəbər verir ki, 16 yaşlı futbolçu İngiltərə Liqa Kubokunda “Flitvud Taun”la oyunun sonlarında qırmızı vərəqə alıb. Görüş 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə “Arsenal” 3:5 hesabı ilə uduzub.
"ESPN" nəşrinin məlumatına görə, London klubu hakim qərarını həddindən artıq sərt hesab edərək apellyasiya verib. Lakin müstəqil intizam komissiyası müraciəti təmin etməyib.
Beləliklə, Douman İngiltərə Premyer Liqasında “Liverpul”, “Hall Siti” və “Nyukasl”la oyunları buraxacaq.
Qeyd edək ki, gənc vinger bu mövsüm “Arsenal”ın əsas komandasında bütün turnirlərdə 5 matçda meydana çıxıb və 2 qol vurub.İngiltərə Futbol Assosiasiyası “Arsenal”ın yarımmüdafiəçisi Maks Doumanın diskvalifikasiyası ilə bağlı apellyasiyasını rədd edib.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























