



İrlandiya - İsrail matçı ilə bağlı UEFA araşdırmalara başladı - Xarici xəbərlər
UEFA Millətlər Liqasının İrlandiya - İsrail matçında (1:1) baş verən insidentlərlə bağlı araşdırma başladıb.
Futbolmedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. UEFA məsələni araşdırmağı etika və intizam məsələləri üzrə inspektora həvalə edib.
Qeyd edək ki, görüşün fasiləsində komandaların üzvləri arasında mübahisə yaranıb. İrlandiya millisinin fiziki hazırlıq üzrə rəhbəri Damiən Doyl qarşıdurma zamanı İsrail futbolçularından birinin onun üzünə tüpürdüyünü bildirib. Hadisənin baş hakim tərəfindən matçın rəsmi protokoluna daxil edilib-edilməməsi barədə məlumat açıqlanmayıb.
Xatırladaq ki, komandalar oyundan əvvəl və sonra bir-biri ilə əl sıxmayıb.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Lamin Yamal "Sabah"a 1 qol vursa... 23.11.2026, 12:14
"Liverpul" – "Mançester Yunayted" 4:0 - VİDEO 23.11.2026, 11:33
Toral Bayramov yenə ehtiyyatda qaldı, "Bursaspor" qalib gəldi 23.11.2026, 11:01
Azərbaycan Premyer Liqası





















