FutbolMedia.Az
  • 11:28 Cümə
    2 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Mahir Emreli uğursuz nəticəyə görə azrkeşlərdən üzr istədi

Mahir Emreli uğursuz nəticəyə görə azrkeşlərdən üzr istədi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə 0:0 hesablı heç-heçə etdikləri oyun haqda danışıb.

Futbolmedia.az xəbər verir ki, hücumçu matçdan sonra açıqlamasında komandanın oyun ərzində dominantlıq etdiyini, lakin son nöqtəni qoymaqda çətinlik çəkdiyini deyib.

“Dominantlıq edirdik, yəni oyunun əvvəlindən sonuna qədər topa sahib olurduq, durmadan hücumlar edirdik. Bilmirəm, rəqib qapısına neçə zərbə endirdik. Amma son nöqtəni qoymaq üçün ustalıq çatmadı. Nəyə bağlayım, bilmirəm. Hər halda sonda nəticə yadda qalır. İstədiyim qədər desəm də, illər keçəcək, bu oyun bizim ayıbımız kimi yadda qalacaq. Ona görə azarkeşlərimizdən, həmvətənlərimizdən üzr istəyirəm”.

M.Emreli rəqibin müdafiə olunmasına və buraxılmış qol imkanlarına da toxunub: “Bu, insanı bir az qıcıqlandırır. Çünki başa düşürsən ki, buraya heç-heçəyə belə qane olub gəlmişdilər. Açığı, hazırda sizinlə danışdığım bu dəqiqədə belə qaçırdığımız epizodlar gözümün qabağından keçir. Çox... Belə deyək, hazırda düşünürəm ki, komanda psixoloji baxımdan bu oyundan sonra yaxşı vəziyyətdə deyil. Gərək tez bir zamanda toparlanıb Litva ilə oyuna hazırlaşaq”.

Forvard baş məşqçi Ayxan Abbasovun bu görüş üçün komandaya verdiyi tapşırıqlardan da bəhs edib: “İlk hissədə sanki daha çox yerdən ötürmələrlə cərimə meydançasına daxil olmağa çalışırdıq. Amma baş məşqçimizin tələbi o idi ki, daha çox topu cərimə meydançasına qaldıraq və zərbələr endirək. Çünki istəyirdik ki, divar ötürmələri ilə rəqibin müdafiəsini yararaq hücum edək. Bilirdik ki, rəqib müdafiəyə qapanacaq. O dedi ki, fürsət olan kimi zərbə endirin”.

M.Emreli azarkeşlərə də müraciət edib və Litva ilə oyunda qələbə qazanmağın vacibliyini vurğulayıb: “Başa düşürəm. Dediyim kimi, hər birimiz – balacadan böyüyə hər kəsdən bu nəticəyə görə üzr istəyirik. Bunu biz etmişik. İstər futbolçular, istər digərləri - hər kəs bu barədə düşünür. Bunu düzəltmək də öz əlimizdədir. Üç gündən sonra Litvaya qalib gəlməliyik ki, həm özümüzə, həm də xalqımıza inamı yenidən qaytaraq, gücümüzü və inamımızı bərpa edək”.

Bu gün, 10:08
5137
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
26-09-2026, 22:11
Litva millisinin baş məşqçisi:
Litva millisinin baş məşqçisi: "Azərbaycan daha güclü rəqibdir"
20-09-2026, 22:05
Azər Məmmədov:
Azər Məmmədov: "Son nöqtəni qoymaqda çətinliyimiz var"
14-10-2025, 11:00
Mahir Emreli:
Mahir Emreli: "Zamanla yaxşı milli olduğumuzu sübut edəcəyik"
21-07-2025, 15:26
Mahir Emreli:
Mahir Emreli: "Onlara dedim ki, biz cəhənnəmə gedirik?"
23-04-2025, 15:12
Mahir Emreli:
Mahir Emreli: "Sanki cəhənnəm idi"
8-06-2024, 10:13
Mahir Emreli:
Mahir Emreli: "Nəticə oyuna uyğun deyil"
17-11-2023, 09:27
Mahir Emreli:
Mahir Emreli: "Hamımızın fikrində yalnız qələbə var idi"
14-10-2022, 08:36
Qara Qarayev:
Qara Qarayev: "Rəqib sanki ikiqat divar hörmüşdü"
13-12-2021, 13:07
Mahir Emreli:
Mahir Emreli: "Top iki metrdən qapıya girmirsə, buna nə deyə bilərsiniz?"
1-10-2021, 11:06
Mahir Emreli:
Mahir Emreli: "Bu, cəmi 90 dəqiqəlik şou idi"
8-07-2021, 08:20
Mahir Emreli: “ Varşavada daha yaxşı oyun göstərəcəyik“
Mahir Emreli: “ Varşavada daha yaxşı oyun göstərəcəyik“
  Xəbər Lenti
Tieri Anri həmkarı Kriştiano Ronaldonun milli ilə qalmaqalından danışdı - Xarici xəbərlər 2.10.2026, 11:00
Mahir Emreli uğursuz nəticəyə görə azrkeşlərdən üzr istədi 2.10.2026, 10:08
Portuqaliyadan qələbə qazandı, Norveç məğlub oldu - Millətlər Liqası 2.10.2026, 09:10
“Niko Uilyams” İspaniya yığmasından göndərildi - Xarici xəbərlər 2.10.2026, 08:15
Ayxan Abbasov: "Mən qələbə qazanan komandaya gəlməmişəm" 1.10.2026, 22:42
Lixtenşteyn millisinin baş məşqçisi: "Favorit deyildik, hər xala sevinirik" 1.10.2026, 22:31
Joao Feliks agentindən “Barselona”ya xəbər göndərib - Transfer xəbərləri 1.10.2026, 19:22
"Napoli"nin futbolçusu "Atletiko"ya keçir - Transfer xəbərləri 1.10.2026, 18:18
Maykl Cordana məxsus forma 12,26 milyon dollara satıldı - Xarici xəbərlər 1.10.2026, 17:27
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb