



AFFA və hakimlərin "Turan Tovuz"a qarşı terroru davam edir -YAZI
Azərbaycan Premyer Liqasının 5-ci turunda “Araz-Naxçıvan” – “Turan Tovuz” qarşılaşması çox maraqla gözlənilirdi. Hər iki komandaya 3 xal hava-su kimi lazım idi. Bu oyunda "Turan Tovuz" da iddialı, daha güclü, 3 xalı qazanmaq iktidarında olan klub olaraq oyundan öncə dəyərləndirilirdi. Yəni hazırda rəqibindən fərqli olaraq, daha yaxşı formada olan komandadır. Matçda erkən avtaqol oyunu qızışdırdı desək yanılmarıq. Qonaqlar ikinci yarıda hesabı bərəabərləşdirdi. Matçın 75-ci dəqiqəsində isə ikinci və bəlkə də, qələbə qolunu vurdu. Bəli. Əslində bu qol "Turan Tovuzun qələbə qolu olmalı idi. Əgər baş hakim Elçin Məsiyev və hakimlər briqadasının "Turan Tovuz"a qarşı terroru olmasaydı. Bəli, Çox düzgün vurğuladım ki, bu AFFA və Hakimlər Komitəsinin Qərb təmsilçimiz "Turan Tovuz"a qarşı birinci və bəlkə də, sonuncu terroru deyil. Həmin qalmaqallı penali epizoduna baxan, video təkrarda görən, hər kəs burada penaltidən söhbət gedə bilməz ifadəsini işlədir. Bəs bizim Elçin Məsiyevin timsalındakı qoyun hakimlər niyə olmayan penaltini verir? hə bax burası çox maraqlı, həm də, çox qaranlıqdır. Həmin epizoda baxmağa gedən Elçin Məsiyev hakim kimi nəyi gördü ki. bizlər, futbol camiəsi, jurnalistlər görə bilmədik? düz 5 dəqiqə həmin epizoda baxdı. nəyə baxdı? niyə baxdı? axı orada penaltinin heç p hərifi yox idi axı. Olmaya futbol qurumu yeni penalti pozuntusuna aid qayda tətbiq edib? Mən keçən mövsüm də, bildirmişdim, bu mövsüm də, bildirirəm ki, bu "Turan Tovuza" qarşı edilən bir təxribat, tələ, qurama oyunlardı. Bütün bu baş verənlərin bir adı var. "Turan Tovuz" heç bir uğur qazanmamalı, avrokuboklarda iştirak etməməlidir. Yəni konkret AFFA və hakimlər komitəsinin qərəzi və düşmənçiliyidir. Buna başqa ad qoymaq, don geyindirməyin heç bir mənası yoxdur. Hər şey ortadadır. Necə deyəllər, kor -kor, gör -gör. Həmin oyundan dərhal sonra “Turan Tovuz”un bəyanat yayadı. Bəyanatda dəyilənlərə diqqət. (“Son vaxtlar həm meydanda, həm də yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik. Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk.

Klubumuza qarşı edilən haqsızlıqları həm siz – dəyərli azarkeşlərimiz, həm də futbol ictimaiyyəti aydın şəkildə görür.)
Çox düzgün və yerində verilmiş bəyanatdır. Bu bilirsiniz nə deməkdir? yəni ey AFFA, ey Hakimlər Komitəsi, ey "Turan Tovuz"u məhvə, uçuruma, məğlubiyyətə aparmaq istəyən qurumalr və şəxslər. Biz meydanda və onun dışnda bizə qarşı etdiyiniz əməllərdən xəbərdarıq. Keçən mövsümdən bilirik ki, bizə qarşı hansı kompaniya, təxribatlar gedir. Yəni bəsdirin, əl çəkin. İmkan verin Azərbaycanda, bölgələrdə, futbolu inkişaf etsin. Azərbaycan futbolu güclənsin. "Turan Tovuz" qarşı edilən hakimlərin və qara qüvvlərin etdiyinə bir ad vermək olar. Şərəfsizlik və murdarlıq. Nə qədər alçaq insan, hakim olasan ki, milyonların , jurnalistlərin, klub rəhbərliyin gözləri qarşısında olmayan bir şeyi verəsən. Göz görə -görə, açıq -aydın mən əmr quluyam. Mənə nə əmr ediblər onu da, edirəm deyəsən. Əlbəttə ki, penalti və edilən hərəkətlərlə. Çempionatın ilk turunda "Turan Tovuz"un təmiz qolu verilmədi. VAR-a belə baxıldıqdan sonra qol yoxdu dedilər. Bu absurddur. Çünki top xətti ən azı bir qarış, yəni 20 sm keçmişdi. Nə isə. Bir sözlə, hazırda Azərbaycan futbolunda çox murdar, ağlasığmaz oyunlar gedir. "Turan Tovuz" isə hələ ki, bu qara oyunların qurbanıdır. Biz mətbuat, jurnalist olaraq da, haqqın yanında olmaqdan, həqiqətləri deyib və yazmadan usanmayacağıq. Bu olaylarda "Turan Tovuz" zərər çəkən, məhsum klubdur. Onun haqqına girənləri isə biz mətbuat və jurnalistlər ifşa etməliyik. Haqqı taptalananın yanında olmalıyıq.
Əli HƏYATİ
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























