



Millimizin üzvü Murad Məmmədovun komandası Konfrans Liqasında mərhələ adladı
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub.
Futbolmedia.az xəbər verir ki, 2-ci oyun günündə 23 görüş keçirilib. Beləliklə, yarışda Liqa mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gəlib.
Azərbaycan millisinin üzvlərinin də komandaları bu gün meydana çıxıblar. Mahir Emrelinin çıxış etdiyi "Rakuv" Polşada "Hayduk"a uduzaraq turnirlə vidalaşıb. Mahi bu görüşün 88-ci dəqiqəsində qol vurub.
Murad Məmmədovun formasını geyindiyi "Pafos" isə Kiprdə "Dinamo Tirana"nı qəbul edib və 4:2 hesablı qələbə qazanıb. "Pafos" ümumilikdə 5:3 hesablı üstünlüklə Liqa mərhələsinə yüksəlib. Murad bu oyunda meydana çıxmayıb. 20 yaşlı vinger zədə səbəbindən iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, ötən gün "Harts" (Şotlandiya) "Rapid"i (Avstriya) mübarizədən kənarlaşdırıb və Liqa mərhələsinə vəsiqə qazanıb.
UEFA Konfrans Liqası, pley-off mərhələsi, cavab oyunları
27 avqust
"KuPS" (Finlandiya) – "Şamrok Rovers" (İrlandiya) 1:0
İlk oyun – 1:1
"Makkabi" (Təl-Əviv, İsrail) – "Luqano" (İsveçrə) 1:1
İlk oyun – 1:2
"Brann" (Norveç) – PAOK (Yunanıstan) 3:2
İlk oyun – 1:1
"Riqa" (Latviya) – "Klaksvik" (Farer adaları) 2:1
İlk oyun – 0:0
"Rakuv" (Polşa) – "Hayduk" (Xorvatiya) 2:3
İlk oyun – 2:2
"Sent-Qallen" (İsveçrə) – "Nordsyelland" (Danimarka) 2:3
İlk oyun – 0:1
"Qarabağ" (Azərbaycan) – "Tvente" (Niderland) 1:4
İlk oyun – 1:0
"Monako" (Fransa) – "Qurnik" (Polşa) 4:1
İlk oyun – 3:2
"Frayburq" (Almaniya) – "Matervell" (Şotlandiya) 4:1
İlk oyun – 3:1
"Hradets-Kralove" (Çexiya) – "Panatinaikos" (Yunanıstan) 1:2
İlk oyun – 2:2
"Yablonets" (Çexiya) – "Reyncers" (Şotlandiya) 1:0, penaltilər seriyası - 4:3
İlk oyun – 0:1
"Kopenhagen" (Danimarka) – "İnter Turku" (Finlandiya) 4:1
İlk oyun – 0:0
"İnter Eskaldes" (Andorra) – "Drita" (Kosovo) 0:0, penaltilər seriyası - 4:2
İlk oyun – 2:2
"Pafos" (Kipr) – "Dinamo Siti" (Albaniya) 4:2
İlk oyun – 1:1
"Hapoel" (Təl-Əviv, İsrail) – "Atalanta" (İtaliya) 0:1
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























