FutbolMedia.Az
  • 08:46 Cümə axşamı
    15 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Dambrauskas:

Dambrauskas: "Dünyanın ən xoşbəxt baş məşqçisiyəm"

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Hapoel"i (Beer-Şeva) üstələyərək Liqa mərhələsinə vəsiqə qazanmaları haqda danışıb.

Futbolmedia.az xəbər verir ki, onun komandası ilk görüşdə 1:2 hesabı ilə uduzsa da, cavab matçında 5:2 hesabı ilə qalib gəlib.

Mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında komandasının uğurunu dəyərləndirib:

"Mən nə deyə bilərəm? Hər şey aydındır. Gözəl gecədir, gözəl atmosferdir. Stadiona gələn azarkeşlərin hamısını bir-bir qucaqlamaq istəyirəm. Şəxsən onlara təşəkkür edirəm ki, gəliblər. Onların enerjisi bu atmosferi yaratdı. Futbolçularım möhtəşəm oynadılar. Onlar buna inandılar, hər gün inanırdılar ki, bunu bacaracaqlar. "Sabah" karyeramda işlədiyim ən yaxşı komandadır. Onlar bunu bir daha sübut etdilər. Çox çətin məqamda işin öhdəsindən gəldilər. Bəlkə son anda bəziləriniz ümidlərini itirdi. Amma onlar sona qədər mübarizə aparıb, inandılar".

V.Dambrauskas özünü dünyanın ən xoşbəxt məşqçisi adlandırıb: "Görək, gələcəkdə nə baş verəcək. Dünyanın ən yaxşı turnirinin qrup mərhələsindəyik, ən yaxşı komandalara qarşı oynayacağıq. Qürur duyuruq. Mən dünyanın ən xoşbəxt baş məşqçisiyəm".

O, "Sabah"ın hazırkı heyətlə Çempionlar Liqasına hazır olub-olmaması və transfer ehtiyacı ilə bağlı suala belə cavab verib: "17 xarici oyunçunu sifariş etmişik. Hansını çıxara bilərəm? 17 oyunçum var idi. Sizə görə biz transfer etməliyiksə, indi komandada olanlar ÇL-i buraxmalıdır. Sizcə, bu oyunçulardan hansısa biri ÇL-in Liqa mərhələsindən kənarda xaric edilməyə layiqdir? Biz bir səbəb üçün burdayıq. Biz ÇL-in əsas mərhələsinə yüksəlmişik. Müxtəlif ölkələrin komandaları ilə oynamışıq və qruplara vəsiqə qazanmışıq. "Hapoel" qalib gəlsəydi, bu sualı bəlkə verməyəcəkdiniz. Çünki onlar güclüdürlər. Biz o cür komandanı ÇL-dən kənarlaşdırdıq. Statistikaya baxsanız, onlar Avropanın ən yaxşı pressinq edən komandasıdırlar. Buraxdığımız qollar da pressinqin nəticəsi idi. Fikirləşdim ki, oyunçularım bu işin öhdəsindən gələcəklər. Ona görə hamısı Liqa mərhələsində oynamağa layiqdirlər".

Baş məşqçi Çempionlar Liqasında xüsusilə qarşılaşmaq istədiyi komanda olmadığını deyib: "Arzularım işə yaramır. Hansı komanda gəlirsə-gəlsin, ona qarşı oynayacağıq. Böyük stadionlarda, böyük komandalara qarşı çıxış edəcəyik. İstəyimiz elə də əhəmiyyət kəsb etmir. Gəlin görək nə baş verəcək. Sevinirik. Püşk hər şeyi göstərəcək".

O, "Tellur "Sabah" ilk dəfə kubok qazananda son dəqiqələrdə qələbə qolunu vurmuşdu. Bu gün isə ümid qoluna imza atdı. Onun haqqında fikirləriniz necədir" sualını belə cavablandırıb: "Tellur gözəl xatirələrlə yadda qalacaq. Ona güvənirik. Gələcəkdə övladlarına, nəvələrinə deyəcək ki, vacib qollar vurmuşam. Tellur və digər oyunçular meydanda bütün güclərini qoyur, bir-birilərinə hörmət edirlər. Mütəllimov gözəl xarakterə sahibdir. Nə zaman ehtiyac olarsa, hazırdır. Onunla qürur duyuram".

Baş məşqçi Aleksey İsayevin matça start heyətdə başlamaması və 2-ci hissədə meydana daxil olmasının səbəbini də açıqlayıb: "Biz cəhd göstərdik. Sürpriz etməyə çalışdıq. Niyə? Çünki biz evdə qalib gələndə, müəyyən üstünlüklərimiz olur. Qalib gələn komandalar çox vaxt oyun üslubunu dəyişmirlər. “Hapoel” evdəki kimi oynadı bizimlə. Buxarestdəki matç bitən kimi dedim ki, müəyyən dəyişikliklər etməliyəm və səhv etmədən müəyyən sürprizlər etməliyik. Ona görə bu gün bəzi dəyişikliklər etdik. Rəqib də müəyyən mənada çaşdı. Rəqib önə keçəndə hesa

26-08-2026, 00:13
16790
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
24-08-2026, 20:31
Dambrauskas:
Dambrauskas: "Matçın taleyini əsas vaxtda həll etmək istəyirik"
20-08-2026, 08:07
“Hapoel
“Hapoel"in baş məşqçisi: "Bakıda yaxşı oyun keçirəcəyik”
19-08-2026, 09:12
"Hapoel"in baş məşqçisi: "Sabah" rəqiblərini necə cəzalandırmağı bilən komandadır"
19-08-2026, 08:10
Dambrauskas:
Dambrauskas: "Bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq"
15-08-2026, 23:23
Valdas Dambrauskas:
Valdas Dambrauskas: “Neqativ məqamları düşünmək lazım deyil”
11-08-2026, 23:02
Dambrauskas:
Dambrauskas: "Səhvlərindən dərs çıxaran komanda qalib gəldi"
6-08-2026, 08:03
Valdas Dambrauskas:
Valdas Dambrauskas: "Rəqib qələbəyə tam layiq deyildi"
28-07-2026, 21:44
Valdas Dambrauskas:
Valdas Dambrauskas: "Bu qələbə tarixi nailiyyətdir"
13-05-2026, 22:22
Valdas Dambrauskas:
Valdas Dambrauskas: "Oyunçularımla fəxr edirəm"
8-05-2026, 22:34
Valdas Dambrauskas:
Valdas Dambrauskas: "Üzülməyə vaxt yoxdur"
1-03-2026, 22:00
Valdas Dambrauskas:
Valdas Dambrauskas: "Qarabağ"ın təcrübəsi öz sözünü dedi"
20-09-2025, 22:30
Dambrauskas:
Dambrauskas: "Mən ən xoşbəxt baş məşqçiyəm"
  Xəbər Lenti
AFFA 190 min manat borcu olan bu kluba STOP QOYDU 15.10.2026, 08:08
Fikayo Tomorin "Milan"a rədd cavabı verdi - Xarici xəbərlər 14.10.2026, 18:09
“Fulhem”in baş məşqçisi bu mütəxəssiz olacaq - Xarici xəbərlər 14.10.2026, 17:07
"Şəfa"nın futbolçularına danışılmış oyunlarla bağlı sessiya keçirildi 14.10.2026, 16:14
Coy-Lens Mikkels: "Digər oyunçularımız buna məndən daha çox layiq idilər" 14.10.2026, 15:23
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı 14.10.2026, 15:01
PSJ "Mançester Siti"yə, "Fənərbaxça" "Aston Villa"ya qarşı - Çempionlar Liqası 14.10.2026, 14:06
"Qalatasaray" (Türkiyə) – "Barselona" (İspaniya) 1:4 - VİDEO 14.10.2026, 13:20
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu 14.10.2026, 12:15
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb