



Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
Azərbaycan klubları avrokubokların 2026/27 mövsümündə 14-cü qələbəsini qazanıb.
Futbolmedia.az PFL-in saytına istinadən xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turuna təsadüf edib.
“Sabah” öz meydanında Çexiya “Slaviya”sına 2 cavabsız qolla qalib gəlib.
Bu, Azərbaycan təmsilçilərinin cari mövsümdə ümumilikdə 14-cü avrokubok qələbəsi olub. Bununla da ölkəmiz tarixinin yeni rekorduna imza atıb.
Bunadək ən yüksək göstərici 13-ə bərabər idi. 2023/24 mövsümündə komandalarımız ümumilikdə 13 dəfə qələbəyə sevinmişdi. Cari mövsümdə “Sabah” 7, “Qarabağ” 4, “Zirə” 2, “Neftçi” 1 dəfə meydandan qalib ayrılıb.
Bu qələbə UEFA reytinqinə də təsir edib. Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə, son 5 mövsümün nəticələrinə görə hesablanan reytinq xalları isə 24,187-yə yüksəlib. Bu, 24,125 xala malik İsraili keçmək üçün yetərli olub. Bir pillə irəliləyən Azərbaycan hazırda UEFA reytinqində 24-cü sırada qərarlaşıb.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























