FutbolMedia.Az
  • 08:26 Çərşənbə
    21 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı

UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı

Azərbaycanın vitse-çempionu “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinə gedən yolu gözlənildiyindən bir qədər asan olacaq.

Futbolmedia.az haqqin.az saytına istinadən xəbər ki, buna səbəb UEFA-nın Çexiyanın “Karvina” klubunu avrokuboklardan kənarlaşdırmasıdır. Çexiya kubokunun sahibi bizim “Turan Tovuz” kimi danışılmış oyunlara görə cəzalandırılıb.

Beləliklə, “Karvina” Avropa Liqasında çıxış etmək hüququndan məhrum edilib. Bu klub Çexiyanın yüksək reytinqi sayəsində Avropa Liqasının pley-off mərhələsindən yarışa başlamalı idi. İndi isə “Karvina”nın yerini həmin mərhələdə Plzen “Viktoriya”sı tutacaq. Halbuki bu komanda yarışa Avropa Liqasının 2-ci təsnifat mərhələsindən başlamalı idi. “Viktoriya”nın əvəzinə isə 2-ci təsnifat mərhələsində “Hradets Kralove” çıxış edəcək.

Amma qayıdaq “Qarabağ”a. Qurban Qurbanovun rəhbərlik etdiyi, UEFA reytinqi 42,750 xal olan komanda 1-ci təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər sırasında idi və rəqib qismində təvazökar İslandiya təmsilçisi “Vestri”si ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 9-da Bakıda, cavab görüşü isə iyulun 16-da Reykyavikdə keçiriləcək. Artıq 2-ci təsnifat mərhələsinin də püşkü atılıb. Burada da “Qarabağ” səpələnmişlər sırasında olub və ona Bolqarıstanın SSKA (Sofiya) - İrlandiyanın “Derri Siti” cütünün qalibi rəqib olub.

3-cü təsnifat mərhələsinin püşkü 20 iyulda, 2-ci mərhələnin startından əvvəl keçiriləcək. Əvvəlcədən planlaşdırılırdı ki, “Qarabağ” bu mərhələdə səpələnməmiş komandalar sırasında olacaq. Bu halda onun rəqibləri Portuqaliyanın “Benfika”, Şotlandiyanın “Reyncers”, Macarıstanın “Ferensvaroş”, Danimarkanın “Midtyulland”, Yunanıstanın PAOK, Avstriyanın “Zaltsburq” və yenə də Çexiyanın “Viktoriya” klublarından biri ola bilərdi. Lakin Plzen təmsilçisi 50,500 xallıq reytinqi ilə artıq pley-off mərhələsindən yarışa başlayacağı üçün səpələnmişlər sırasındakı yerini məhz “Qarabağ”a verəcək. Ağdam klubu səpələnməmişlər arasında ən yüksək reytinqə malik komanda olacaq.

Beləliklə, “Qarabağ”ın 3-cü təsnifat mərhələsində potensial rəqiblərinin siyahısı xeyli asanlaşıb. Hazırda bunlar aşağıda adları qeyd edilənlərdir:

“Yagelloniya” (Polşa);

“Hammarbü” (İsveç) - “Anderlext” (Belçika) cütünün qalibi;

“Tromse” (Norveç) - “Hradets Kralove” (Çexiya) cütünün qalibi;

“Makkabi” (Təl-Əviv, İsrail), “Şerif” (Moldova) və “Alüminiy” (Sloveniya) üçlüyündən bir komanda;

“Pafos” (Kipr), “Hayduk” (Xorvatiya) və “Jilina” (Slovakiya) üçlüyündən bir komanda;

Çempionlar Liqasında “Şturm” (Avstriya) - “Harts” (Şotlandiya) cütünün məğlubu;

Çempionlar Liqasında “Fənərbaxça” (Türkiyə) - “Qurnik” (Polşa) cütünün məğlubu.

Pley-off mərhələsinə vəsiqə qazanacağı halda isə “Qarabağ” əvvəlcədən nəzərdə tutulduğu kimi yenə də səpələnmişlər sırasında olacaq. Bu mərhələdə potensial rəqiblər barədə danışmaq hələ tezdir. Mənzərə 2-ci təsnifat mərhələsindən sonra daha da aydınlaşacaq.

4-07-2026, 10:13
6837
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
24-05-2026, 09:20
“Qarabağ”ın bütün mümkün rəqibləri müəyyənləşdi
“Qarabağ”ın bütün mümkün rəqibləri müəyyənləşdi
21-05-2026, 13:10
“Aston Villa” “Qarabağ”ın mümkün rəqiblərini azaltdı -
“Aston Villa” “Qarabağ”ın mümkün rəqiblərini azaltdı -
4-08-2025, 14:00
“Şkendiya” - “Qarabağ” cütünün məğlubu Avroliqada kimə rəqib olacaq?
“Şkendiya” - “Qarabağ” cütünün məğlubu Avroliqada kimə rəqib olacaq?
5-08-2024, 12:37
"Qarabağ"ın pley-off-dakı potensial rəqibləri -
7-08-2023, 12:06
"Neftçi" və "Sabah"ın potensial rəqibləri azaldı -
5-08-2023, 17:07
"Sabah" və "Neftçi"nin pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşdi
18-07-2022, 11:10
"Qarabağ"ın potensial rəqibləri bəlli olur - YENİLƏNİR
14-07-2022, 11:19
“Qarabağ”ın 3-cü raunddakı potensial rəqibləri bilindi -
“Qarabağ”ın 3-cü raunddakı potensial rəqibləri bilindi - Çempionlar Liqası
15-06-2022, 15:13
“Lex” - “Qarabağ” cütünün məğlubu bu komanda ilə qarşılaşacaq
“Lex” - “Qarabağ” cütünün məğlubu bu komanda ilə qarşılaşacaq
15-06-2022, 10:15
“Qarabağ”ın 2-ci mərhələdəki potensial rəqibləri müəyyənləşdi
“Qarabağ”ın 2-ci mərhələdəki potensial rəqibləri müəyyənləşdi
15-06-2022, 08:27
“Neftçi”, “Zirə” və “Qəbələ”nin 5 potensial rəqibi -
“Neftçi”, “Zirə” və “Qəbələ”nin 5 potensial rəqibi - Bu gün püşkatmadır
2-08-2021, 11:28
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılır -
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılır - YENİLƏNİR
  Xəbər Lenti
“Qızıl top”u qazanmaq şansı yüksək olan futbolçular – Xarici xəbərlər 20.10.2026, 18:08
La Liqa klubunun futbolçusu “Mançester Siti” və “Mançester Yunayted”in siyahısında - Transfer xəbərləri 20.10.2026, 17:06
"Borussiya"nın Bakıda oteldəki məşqindən - VİDEO 20.10.2026, 16:15
“Flamenqo”nun hücumçusu Pedro Gilyerme İtaliya klubuna keçə bilər - Transfer xəbərləri 20.10.2026, 15:23
Türkiyə millisinin baş məşqçisi Sərgən Yalçın oldu - Xarici xəbərlər 20.10.2026, 15:03
Ronaldo cəzasının yüngülləşdirilməsini istəyib - Xarici xəbərlər 20.10.2026, 14:02
Hansi Flik: "Bəlkə də dünyanın ən yaxşı komandasına qarşı oynayacağıq" 20.10.2026, 13:24
Florian Virtsi “Çelsi” transfer etmək istəyir - Transfer xəbərləri 20.10.2026, 13:02
"Bavariya"nın zədəli futbolçusu Camal Musiala komandaya geri dönür - Xarici xəbərlər 20.10.2026, 12:10
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb