FutbolMedia.Az
  • 16:54 Cümə
    25 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
“Neftçi” bəyanat yaydı

“Neftçi” bəyanat yaydı

Aprelin 20-də AFFA-nın inzibati binasında “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, “Neftçi” PFK-nın Baş İcraçı Direktoru və klubun digər nümayəndələri AFFA rəsmiləri və Hakimlər Komitəsinin sədri ilə görüşüb.

Futbolmedia.az xəbər verir ki, bu haqda “Nefrtçi”nin yaydığı bəyanatda bildirilib.

Görüşdə Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilmiş “Zirə” – “Neftçi” qarşılaşmasında (1:1) Neftçi”nin əleyhinə olan hakim səhvləri müzakirə olunub.

Görüşdə “Neftçi” 90+4-cü dəqiqədə qapısına vurulan qola etiraz edib, eyni zamanda məşqçilər və futbolçusuna göstərilən əsassız qırmızı vərəqələrin ləğv olunmasını tələb edib. Həmçinin mövsüm ərzində bir neçə dəfə təkrarlanan kobud hakim səhvlərini sərt şəkildə qınayıb, bir çox hakimlərin “Neftçi”yə qarşı ədalətsiz və qərəzli mövqe sərgilədiyini bildirib.

Bəyanatda həmçinin qeyd edilib:

“Klub nümayəndələri “Zirə” – “Neftçi” oyununda verilmiş yanlış qərarlara etirazını bildirib, həmin qərarların əsaslandırılmasını tələb edib, Hakimlər Komitəsinin sədri tərəfindən verilmiş cavablar klub rəsmilərini qismən qane edib.

Hakimlər Komitəsinin 20.04.2026 tarixli qərarı ilə “Zirə” – “Neftçi” oyununun hakimlərinin açıq-aşkar kobud səhvə yol verdiyinin etiraf olunmasını təqdirəlayiq hesab edirik. Bununla belə, təəssüf hissi ilə bildiririk ki, itirilən xallar geri qayıtmayacaq və bu hal mövsümdə artıq birinci dəfə baş vermir.

Bir daha bu mövsüm “Neftçi”nin oyunlarında dəfələrlə təkrarlanan kobud səhvləri bəzi hakimlərin komandamıza qarşı ədalətsiz və qərəzli münasibəti ilə əlaqələndirir, günahkarların ən sərt formada cəzalandırılmasını, bu kimi halların dayandırılmasını və gələcəkdə baş verməməsi üçün müvafiq tədbirlərə əl atılmasını AFFA Hakimlər Komitəsindən tələb edirik.

“Neftçi” PFK olaraq aşağıdakıları bəyan edirik:

1. “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik;

2. Bu kampaniyanı aparanlara öz məqsədlərinə nail olmayacağını bildirir və ölkənin ən qədim-köklü futbol klubu olan “Neftçi” olaraq sona qədər mübarizə aparacağıq;

3. Qarşımızda kimin olub-olmamasına baxmayaraq, böyük “Neftçi” camiəsinin - azarkeşlərin arxamızda olması yetərlidir;

4. Bütün çətinliklərə rəğmən, “Neftçi” Azərbaycan futbolunun flaqmanı olub, var və bundan sonra da olacaq”.

21-04-2026, 08:08
8012
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
9-04-2026, 11:05
AFFA Hakimlər Komitəsinin sədri Elçin Məsiyevin qərarını yanlış hesab etdi -
AFFA Hakimlər Komitəsinin sədri Elçin Məsiyevin qərarını yanlış hesab etdi - VİDEO
2-03-2026, 14:23
AFFA
AFFA "Neftçi"yə bəyanatla cavab verdi
9-10-2025, 16:14
AFFA
AFFA "Zirə"nin futbolçusunu, "Neftçi"nin məşqçisini cəzalandırdı
3-12-2024, 16:06
"Neftçi" - "Qarabağ" matçında baş verənlərlə bağlı cərimələr
15-11-2024, 16:08
"Neftçi"nin futbolçularına seminar keçirildi
4-04-2024, 09:20
Barış Şimşek
Barış Şimşek "Neftçi"nin futbolçularına seminar keçdi
3-04-2024, 09:41
Rövşən Nəcəf “Neftçi”dən getdi -
Rövşən Nəcəf “Neftçi”dən getdi - Rəsmi
16-11-2023, 15:41
AFFA İntizam Komitəsinin iclası keçirildi
AFFA İntizam Komitəsinin iclası keçirildi
26-08-2022, 17:02
"Neftçi" - "Zirə" oyununun VAR hakimi bilindi
13-05-2022, 17:03
"Zirə" - "Neftçi" matçı FIFA referisinə tapşırıldı
22-09-2021, 17:06
Frits Ştuxlik
Frits Ştuxlik "Neftçi"nin bazasına niyə getdi?
19-09-2021, 09:00
"Neftçi" "Keşlə"yə qarşı - YENİLƏNİR
  Xəbər Lenti
Zidan: "Türkiyənin güclü millisi var" 25.09.2026, 16:30
"Şəfa" klubunun futbolçusu Tərlan Quliyev: "Özümə gəlincə isə dəqiq bir söz deyə bilmərəm" 25.09.2026, 16:00
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella: "Dünya Kubokundan sonra böyük bir məyusluq yaşadıq" 25.09.2026, 15:18
“Şəfa” yeni qapıçı transfer etdi - Transfer xəbərləri 25.09.2026, 15:09
Almaniya klubu Kristian Eriksenlə müqaviləni pozdu - Transfer xəbərləri 25.09.2026, 14:26
"Şamaxı" klubunun hücumçusu Uğur Cahangirov: "Zirə çox çətin və bərk komandadır" (Özəl Açıqlama) 25.09.2026, 14:04
Azərbaycan millisi Ermənistan yığması ilə mübarizə aparacaq 25.09.2026, 13:27
Xviça Kvaratsxeliya: "Əldə etdiyim biliklərlə bu gün məşqçi belə, ola bilərdim" 25.09.2026, 13:02
"Kəpəz"in yarımmüdafiəçisi Namiq Ələsgərov: "Çünki onlara yeni baş məşqçi, yeni qan gəldi" (Özəl Açıqlama) 25.09.2026, 12:10
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb