FutbolMedia.Az
  • 07:06 Bazar
    18 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Saşa İliç:

Saşa İliç: "Futbolçu necə oynamaq istəməyə bilər?"

"Sumqayıt" Misli Premyer Liqasının 26-cı turu çərçivəsində doğma meydanda "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub.

Futbolmedia.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:

"Neftçi"ni təbrik edirəm. Oyunun gedişində bir neçə səhv buraxdıq. Nəticədə də uduzduq".

- "Sumqayıt" artıq 10 matçdır ki, qalib gələ bilmir. İstefa haqda fikirləşirsiniz?

- Bilirsiniz, mənim haqqımda qərarları rəhbərlik verir. Hansısa problem yoxdur. Biz futbolçulara tapşırıqlarımızı veririk. Məsələn, Səbuhi Abdullazadəyə deyirik ki, meydançanın mərkəzində səhv etmək olmaz, ancaq bu, hər oyunda təkrarlanır.

- Sizinlə Səbuhi Abdullazadə arasında problem var?

- Xeyr, tək Səbuhi ilə bağlı problem yoxdur. Bu gün Səbuhi, sabah Masaka, ondan sonrakı gün Ninkoviç də də baş verə bilər. Bir nəfərə deyilirsə, digərləri də başa düşməlidir. Çünki "Neftçi" kimi komandalar bu cür səhvləri bağışlamır.

- Əslində, "Sumqayıt"ın "Kəpəz", "Qəbələ" və ya "Karvan-Yevlax"a qarşı matçlarda da yaxşı oynadığını demək olmaz. Nəyə görə belədir?

- "Kəpəz"ə qarşı oyunumuza baxmısınız? Komandamın buraxdığı qolları izləmisiniz?

- Bəs futbolçular səhv edirsə, o zaman baş məşqçinin buradakı rolu nədir?

- Premyer Liqada 4-5 komanda var ki, bizi səviyyə baxımdan üstələyir. Buraxdığın səhvlər də nəticəyə birbaşa təsirini göstərir. Biz maksim performansımıza ötən ilin noyabrında çatmışdıq. Xatırlayıram, liqanın birinci yarısında heç kim sual vermirdi ki, necə olur bu cür qələbələr qazanırsınız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidir ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər.

- Bunların hamısı aydındır. Siz özünüz baş məşqçi kimi nələri səhv etdiyinizi düşünürsünüz?

- Mənim məsuliyyətimdə olan məsələ kollektivi matça hazırlamaq, buraxdığımız səhvlər üzərində işləməkdir. Futbolda hansı komanda səhv edir, o da uduzur. Ən böyük problem odur ki, biz asan səhvlərdən qollar buraxırıq. Halbuki məşqlərdə səhvlərimiz üzərində işləyirik. Lakin çıxırıq növbəti matça, yenə də həmin səhv..."Qarabağ" eyni heyətlə nə qədər irəliləyə bilər? Hər zaman rotasiyalar lazımdır.

- Sanki Səbuhi Abdullazadə oynamaq niyyətində deyil. Bu futbolçunu meydana buraxmağı düzgün hesab edirsiniz?

- Mənim üçün inanılmazdır. Axı özüm də futbolçu olmuşam. Başa düşə bilmirəm ki, necə oynamaq istəməyə bilərsən? Axı, bu, anormaldır. Səbuhi bu klubun yetirməsidir. Onun oynamamaq istəməməsinə inanmıram.

- Rəhbərlik yeni müqavilə təklif edərsə, hansı qərarı verəcəksiniz?

- Komanda nəticə qazanmaq niyyətindədirsə, hamı birlik olub, strategiyaya doğru işləməlidir. Mən demirəm ki, bütün səhv futbolçulardadır, hamının səhvi var. Siz deyən məsələ haqda isə danışmaq istəmirəm.

5-04-2026, 21:12
7478
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
5-04-2026, 20:40
Yuri Vernidub:
Yuri Vernidub: "Həmin matçları səbirsizliklə gözləyirəm"
21-11-2025, 22:25
Saşa İliç:
Saşa İliç: "Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur"
18-10-2025, 21:34
Saşa İliç:
Saşa İliç: “Uğursuz seriyadan çıxdıq, amma oyun istədiyim kimi olmadı”
21-09-2025, 23:03
Saşa İliç:
Saşa İliç: "Müdafiədə böyük səhvlər buraxdıq"
13-09-2025, 19:21
Saşa İliç:
Saşa İliç: "Rəsmi məlumat yoxdur"
28-04-2025, 22:36
Samir Abasov:
Samir Abasov: "Təmiz qolumuzu saymadılar"
11-04-2025, 22:18
Elvin Məmmədov:
Elvin Məmmədov: "Cavidin əvəzinə danışa bilmərəm"
12-08-2024, 08:27
Krunoslav Renduliç:
Krunoslav Renduliç: "Bunu düşünsəm, iki günə dəli olaram"
23-09-2023, 23:12
Adrian Mutu:
Adrian Mutu: "Hakimin səhv qərarları belə nəticəyə səbəb oldu"
15-03-2023, 12:10
"Sumqayıt" Səbuhi Abdullazadə ilə yeni müqavilə bağladı
5-03-2023, 18:45
Samir Abasov:
Samir Abasov: "Futbolçular verdikləri sözü tutdular”
5-03-2022, 10:58
Səbuhi  Abdullazadə:
Səbuhi Abdullazadə: “Neftçi” ilə oyuna qələbəyə köklənmişik"
  Xəbər Lenti
“Liverpul” Endrik üçün yenə "Real"a müraciət edəcək - Transfer xəbərləri 17.10.2026, 12:22
Millimiz DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub oldu 17.10.2026, 12:00
“Karvan-Yevlax” - “Gəncəbasar” 2:1 - VİDEO 17.10.2026, 11:07
İspaniya FİFA-nın sanksiyalarından CAS-a şikayət edəcək - Xarici xəbərlər 17.10.2026, 10:16
Millimizin üzvü Şeydayev oynadı, komandası qalib gəldi 17.10.2026, 09:14
Mahirin komandasından mövsümdə ikinci qələbə 17.10.2026, 08:03
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido: "Qələbəyə layiq idik" 16.10.2026, 22:22
Yuri Maksimov: "Özümüzü çıxılmaz vəziyyətə saldıq" 16.10.2026, 21:50
"Şamaxı" - "Şəfa" 3:2 - VİDEO 16.10.2026, 18:55
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb