



"Sumqayıt"ın futbolçusu Roi Kehat mövsümü erkən başa vurdu
"Sumqayıt"ın Misli Premyer Liqasının 21-ci turunun “Qəbələ” ilə matçında zədələnən futbolçusu Roi Kehat vətəni İsraildə əməliyyat olunub.
Futbolmedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulan yarımmüdafiəçi professor Eran Tamir tərəfindən əməliyyat edilib.
Uğurlu keçən cərrahi müdaxilə nəticəsində Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək. O, ən az mövsümün sonuna qədər "Sumqayıt"a kömək edə bilməyəcək.
Qeyd edək ki, R.Kehat cari mövsüm Misli Premyer Liqasında 21 matça çıxıb, 2 qol vurub, 1 qolun ötürməsini verib.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Millimizin üzvü Murad Məmmədov Konfrans Liqasına sifariş edildi 24.11.2026, 18:10
İtaliyalı hücumçu "Sabah"la oyundan əvvəl "Napoli"ni tərk edə bilər 24.11.2026, 17:00
"Nottingem Forest"in müdafiəçisi "Beşiktaş"ın hədəfində - Transfer xəbərləri 24.11.2026, 16:07
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması 24.11.2026, 15:04
İlin ən yaxşı gənc oyunçusu oldu - Xarici xəbərlər 24.11.2026, 14:02
Legioner limiti ləğv oluna bilər 24.11.2026, 13:20
"Qalatasaray" "Aston Villa"ya, "Mançester Siti" "Napoli"yə qarşı - Çempionlar Liqası 24.11.2026, 13:00
Canlı əfsanə Canfranko Zola: “Təəccübləndim. Ronaldinyo milyonlarla gəncə ilham verdi" 24.11.2026, 12:04
PSJ-də daha bir şok zədə - Bu dəfə Dezire Due sıradan çıxdı 24.11.2026, 11:31
Azərbaycan Premyer Liqası























