



Qoretska “Bayern”dən gedir - Xarici xəbərlər
“Bayern”in idman direktoru Kristof Fround yarımmüdafiəçi Leon Qoretskanın mövsümün sonunda klubdan ayrılacağını təsdiqləyib.
Futbolmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəsmisi futbolçu ilə açıq danışdıqlarını bildirib:
“Biz Leonla açıq danışdıq və yayda nə baş verəcəyini bildik. İndi deyə bilərik ki, onun “Bayern”dəki vaxtı yayda başa çatacaq. O, 8 uğurlu ildən sonra başqa klubda davam edəcək”.
30 yaşlı futbolçu 2018-ci ildən “Bayern”in formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 28 oyuna çıxıb, 1 qol vurub.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Azərbaycan Premyer Liqası























