FutbolMedia.Az
  • 23:06 Cümə axşamı
    5 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəşad Sadıqov:

Rəşad Sadıqov: "Vəziyyət pisə doğru gedir"

"Səfərdə "Neftçi"yə qarşı oynayırdıq, onlar üçün də qələbə qazanmaq çox önəmli idi, istəkli idilər. Bunu anlayırdıq. Ona görə də matça ciddi hazırlaşmışdıq. Başa düşürdük ki, strateji oyundur. Birinci hissədə meydanda taktiki savaş getdi, ikinci hissədə isə daha açıq futbol oldu. İkinci yarı daha baxımlı alındı. Yaxşı epizodlarımız oldu. Son vuruşlar dəqiq olsaydı, buradan 3 xalla ayrıla bilərdik. Futbolçularımın istəyi, inamlı oyunu məni qane etdi".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 17-ci turunda səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, "Qışa qədərki "Neftçi"yə qarşı oynamaq çətin idi, yoxsa bugünkünə" sualına belə cavab verib: "Bu oyun bizim üçün daha çətin keçdi. Bu gün "Neftçi" aqressiv pressinq tətbiq edirdi. Yuri Vernidubun hazırlıq keçmək üçün vaxtı olub. Meydança sulanmamışdı. Bu, hər iki komandanın oyun sürətinə təsir edirdi. İki komanda da arxadan oyun quruculuğunu sevir. O amil oyunun gedişatına təsir etdi. Bu oyun kubok matçından daha çətin idi".

R.Sadıqov futbolçusu Rüfət Abdullazadənin toplanışa qoşula bilməməsindən də söz açıb: "Çox istəyərdik ki, hazır olsun. Amma başa düşürdük ki, son turlarda az oynayıb. Toplanışda bizimlə olmasını istəyərdik. Müəyyən problemlərə görə bizimlə ola bilmədi".

O, "Adətən komandalar mövsümün ikinci yarısında mübarizəyə daha hazır olmaq üçün heyəti genişləndirir, gücləndirir. Bu mövsüm isə klublarımız qış transfer bazarında aktivlik göstərmədi. Bunu nə ilə əlaqələndirirsiniz" sualını da cavablandırıb: "Bir çox səbəblər ola bilər. Komandalar yayda yetərincə transferlər ediblər, maliyyə xərcləyiblər. Müəyyən rüsumlar var ki, legionerlərə görə ödəmələr etməlisən. Mövsümün bitməsinə 4-5 ay qalıb. Qərar verəndə o da təsir edir. Bununla yanaşı, bazarda qıtlıqdır. Vəziyyət pisə doğru gedir. Futbol dünyada inkişaf edir. Hər il eşidirik ki, hansısa çempionatda fəallıq var, pullar artıb. Bu olduqca seleksiya etmək də çətin olur. Bütün klublarda qıtlıq var. Böyük liqaların klublarında onayan qapıçılar, mərkəz müdafiəçiləri var. Deyirsən ki, o klublar hara, o futbolçular hara. Futbol çox inkişaf edib. Amma bazarda məhsul yetərincə deyil".

Baş məşqçi "Zirə"nin bu gün meydana heç-heçə üçün yox, qələbə üçün çıxdığını bildirib: "Zirə" qələbə qazanmaq istəyirdi. Amma başa düşürdük ki, qarşımızdakı rəqib "Neftçi"dir. Çox təcrübəli baş məşqçi dəvət ediblər. 3-4 həftə vaxtı var idi ki, komandanı bizimlə oyuna harılasın. Mütləq qalib gəlmək istəyirdik. Turnir cədvəlini nəzərə alsaq, heç-heçə bizim üçün pis nəticə deyil".

23-01-2026, 21:54
8360
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
19-09-2025, 21:35
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Hər məşqçini belə qələbələr sevindirər"
30-08-2025, 21:03
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Nəticə iki komanda arasındakı fərqin göstəricisi deyil"
20-10-2024, 19:55
Rəşad Sadıqov:
Rəşad Sadıqov: “Qurban Qurbanova o sualın ünvanlanması mənə qəribə gəldi”
9-08-2024, 08:08
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "İkinci hissədə üstün tərəf biz idik"
12-04-2024, 21:49
Rəşad Sadıqov:
Rəşad Sadıqov: “Hazırda şəxsi həyatım belə kənarda qalıb"
13-02-2024, 20:13
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Hücumçu axtarırıq"
24-12-2023, 23:19
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Tərəfdarıyam ki, çempionatda fasilə olmasın"
26-11-2023, 20:40
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Bir az çətin sualdır"
5-11-2023, 21:09
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Bir xal da bizim üçün yaxşı nəticə sayılacaqdı"
1-10-2023, 21:10
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Hücumda keyfiyyətimiz çatmır"
20-12-2022, 22:25
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Neftçi" nə vurdusa, qol oldu"
20-02-2022, 19:19
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Bütün futbolçularım qəhrəmandır"
  Xəbər Lenti
Runi: “Mançester Yunayted” bu tempdə davam etməlidir” 5.11.2026, 12:11
"Monako"nun futbolçusu Ansu Fati mövsümü erkən bitirdi - Zədə aman vermədi 5.11.2026, 11:30
Rafinya "Barselona" ilə yeni müqavilə imzalayacaq - Transfer xəbərləri 5.11.2026, 11:06
"Sabah"da itki - Neçə müddət oynaya bilməyəcək? 5.11.2026, 10:11
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı 5.11.2026, 09:09
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə - Çempionlar Liqası 5.11.2026, 08:13
Yamal Mbappenin rekordunu qırdı - Xarici xəbərlər 4.11.2026, 18:10
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı - Xarici xəbərlər 4.11.2026, 17:10
Batrakovdan sonra daha bir rus futbolçu Türkiyədə oynaya bilər - Transfer xəbərləri 4.11.2026, 16:08
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
2-11-2026, 18:08
Azərbaycanlı FIFA referisi  “Vilyarreal” – PSJ matçını idarə edəcək
Azərbaycanlı FIFA referisi “Vilyarreal” – PSJ matçını idarə edəcək
3-11-2026, 11:04
Harri Keyn:
Harri Keyn: "Biz futbolu komanda titulları qazanmaq üçün oynayırıq"
3-11-2026, 10:42
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb