



“İmişli” – “Araz-Naxçıvan” matçının ilk yarısında 2 qol - YENİLƏNİR
Misli Premyer Liqasında 17-ci tur start götürüb.
Futbolmedia.az xəbər verir ki, nəticədə çempionatdakı 32 günlük fasilə başa çatıb.
Turun 1-ci oyun gününə 2 matç nəzərdə tutulub. İlin ilk qarşılaşması "İmişli" ilə "Araz-Naxçıvan" arasındadır. Quba Olimpiya İdman Kompleksində keçirilən görüş saat 14:30-da başlayıb. Bu komandalar arasında 1-ci dövrənin oyunu Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
Günün 2-ci matçı isə “Palms Sports Arena”da oynanılacaq. Burada "Neftçi" "Zirə"ni qəbul edəcək. Oyun saat 19:00-da start götürəcək. Sözügedən komandaların 1-ci dövrədəki qarşılaşmasında 2:2 hesabı qeydə alınıb.
Hazırda turnir cədvəlində "Zirə" 28 xalla 3-cü, "Araz-Naxçıvan" 26 xalla 6-cı, "Neftçi" 20 xalla 8-ci, "İmişli" isə 17 xalla 9-cudur. Sıralamaya 37 xala malik "Sabah" liderlik edir.
23 yanvar (cümə)
14:30. “İmişli” – “Araz-Naxçıvan” - 1:1 (Fasilə)
Qol: Luis Silvestr, 5 (1:0), Şarl Boli (1:1)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Quba OİK stadionu
Azərbaycan Premyer Liqası























