FutbolMedia.Az
  • 04:08 Çərşənbə axşamı
    28 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ayxan Abbasov:

Ayxan Abbasov: "Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm"

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyundan (0:3) oyundan sonra mətbuat konfransı keçirib.

Futbolmedia.az xəbər verir ki, o, matçla bağlı jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun çətin keçəcəyini dünən də bilirdik. Rəqibin necə ciddi hazırlaşdığını da gördük. Azarkeş dəstəyi də var idi, ilk dəqiqələrdən pressinq etdilər. Birinci hissənin son dəqiqəsində qol buraxdıq. Bəlkə dözə bilsəydik, rəqib ikinci hissə daha da üstümüzə gələcəkdi. Fransa komandasının ustalığı yüksək səviyyədə idi. Oyunçularım əzmkarlıq göstərdi. Bu da vacibdir. İstək və vacib olduqdan sonra gələcəkdə daha rahat olacaq. Bu komandalarla oynayaraq, təcrübə yığmaq lazımdır. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Üç gündən sonra daha çətin oyun gözləyir bizi. Ukrayna ilə oyuna hazırlaşacağıq.

- Mahir Emrelinin oyununu necə şərh edərdiz?

- Mahir mənə görə son vaxtlarda ən yaxşı oyunlarından birini keçirdi. Əzmkar idi. Hücumlarımızın alınmaması rəqibdən asılı idi. İmkan vermirdilər. Tək qalanda çətinlik çəkirdi. Ona da dəstək olmalıyıq, pis təsir bağışlamadı. Gələn oyunda rotasiyalar da olacaq. Mahir də maksimum kömək etməyə çalışdı.

- Komanda layiqli mübarizə apardı. Bu gün itirilən güc və buraxılan qollar komandaya psixoloji təsir edəcək? Üç gündən sonra futbolçulardan nə gözləmək olar?

- Fiziki cəhətdən çətinlik olacaq. Heyətimiz genişdir, baxacağıq. Sabah (bu gün - red.) və birisigün vaxtımız var. Bərpa olunmağa çalışacağıq. Digər futbolçular da oynamağa hazırdır. Milli komandada qısa vaxtda oynamağa öyrəşməliyik. Oyunçularla danışacağıq. İkinci qolda standart vəziyyətdə diqqətli ola bilərdik. Daha diqqətli ola bilsəydik, hesab böyük olmazdı. Bu səhvlərdən də nəticə çıxaracağıq.

- 45+2-ci dəqiqədə qol buraxdıq. Fasiləyə 0:0 getsəydik, böyük sensasiya baş tutardı?

- Bir şeyi deyim ki, elə qolu ancaq Mbappe vura bilərdi. Ustalıq səviyyəsini göstərdi və topu uzaq küncə vurdu. Futbolçularım maksimumu etdilər ki, qarşısını alsınlar. Ancaq bu cür oyunçunun qarşısını almaq çətindir. Bəlkə ikinci hissə bizim üçün daha çətin olardı. Bilmək olmaz. Komanda inanırdı ki, mübarizə apara bilərik. Bu da bizim üçün vacib idi.

- Mahirin meydanda qalması məcburiyyətdən idi? Sanki onu əvəzləmək istəyirdiniz...

- Rüstəm Əhmədzadə əvəzetmə istədi. O dəqiqələrdə birdən-birə 2 futbolçunu çıxarmaq istəmədik. Toral Bayramov da hər mövqedə oynaya bilən oyunçudur. Hiss edirdim ki, standart vəziyyətlərdə çətinlik çəkirik. Amma o dəqiqələrdə qol oldu. Rəqibin hücumlarına hazırlaşmışdıq. İslandiya və Ukrayna ilə oyunlarda da hər iki komanda müdafiə olunmuşdu. Bu hücumlara hazırlaşmışdıq. 90 dəqiqə hücumun qarşısını almaq olmur.

- Oyunun ən yaxşılarından biri Abdulla Xaybullayev idi. Onun barəsində nə deyərdiniz?

- Məncə də, o, ən yaxşılardan idi. Sevinirəm ki, əsas heyətdə yerini yavaş-yavaş qazanır. Yoruldu. İkinci qolda daha sadə oynayıb, hücuma çıxmalıydıq. Əzmkardır.

- Əvvəl də eyni futbolçular idi, indi də. Görünən budur ki, əvvəlki millilərimizdə çatışmayan sistemsizlik idi?

- Əvvəlkindən danışmaq çətin olar. Düz olmazdı. Millidə olmayanda da suallar olurdu. Önəm verəcəyimiz mövzudur. Milli komandalarımlzın səviyyəsini yüksəltmək istəyiriksə, yığmalarımızın sistemi və fəlsəfəsi olmalıdır. Rəhbərliklə bu haqda danışırıq. Yəqin ki, alınar. Səmimi deyirəm, futbolçularla 3 məşq 1 oyun olmuşam. böyük potensialı olan oyunçularımız var. İnanıram ki, özümüzə yaxın rəqiblərlə başabaş oynamaq iqtidarındayıq (sportal.az).

11-10-2025, 08:21
8635
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
5-10-2025, 21:43
Ayxan Abbasov:
Ayxan Abbasov: “Fasilə dönəmi ilə bağlı planlarımız var“
19-09-2025, 21:06
Ayxan Abbasov:
Ayxan Abbasov: "Gənc futbolçularımız möhkəm olmalıdır"
23-11-2024, 19:50
Qurban Qurbanov
Qurban Qurbanov “Xahiş edirəm, mənə bir də bu barədə sual verməyin”
20-12-2023, 19:25
Ayxan Abbasov:
Ayxan Abbasov: "Rəqibin təzyiqinə dözə bilmədik"
25-11-2023, 18:47
Ayxan Abbasov:
Ayxan Abbasov: "Komanda məğlub olubsa, hər kəs günahkardır"
13-08-2023, 20:54
Ayxan Abbasov:
Ayxan Abbasov: "Biz hələ işin başlanğıcındayıq"
4-08-2023, 23:00
Ayxan Abbasov:
Ayxan Abbasov: "Buna görə çətinliyə dözmək olar"
26-04-2023, 22:32
Ayxan Abbasov:
Ayxan Abbasov: "Neftçi" ilə yarımfinal oynamağın özü də inkişafdır"
24-12-2022, 18:29
Ayxan Abbasov:
Ayxan Abbasov: "Üç transfer edə bilsək, mübarizə aparmaq olar"
4-12-2022, 19:56
Ayxan Abbasov:
Ayxan Abbasov: "Diqqətli olsaydıq..."
8-10-2022, 21:53
Ayxan Abbasov:
Ayxan Abbasov: "Əzmkarlıq sayəsində xal qazandıq"
16-09-2022, 21:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlər sanki qərar verə bilmirlər"
  Xəbər Lenti
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər 27.07.2026, 18:06
"Qarabağ" Futbol Klubunun Fan Shop mağazası 28 Mall-da fəaliyyətə başlayacaq 27.07.2026, 17:45
“Zirə” 2 yerli oyunçunu 2 legionerlə əvəzlədi - Konfrans Liqası 27.07.2026, 17:05
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər 27.07.2026, 16:12
Makqreqor bir illik sıradan çıxıb 27.07.2026, 15:29
"Fiorentina" "Qarabağ"ın müdafiəçisini transfer etməyə hazırlaşır 27.07.2026, 14:30
“Nyukasl”ın futbolçusu Bruno Gimarayeş “Arsenal”a keçməyə yaxındır - Transfer xəbərləri 27.07.2026, 14:03
"Turan Tovuz" Türkiyə klubuna qarşı 27.07.2026, 13:11
“Napoli” Lukakunu onunla əvəzləmək istəyir - Transfer xəbərləri 27.07.2026, 12:14
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
25-07-2026, 17:04
"Mançester Siti" özbəkistanlı müdafiəçi ilə müqavilə imzaladı - Transfer xəbərləri
25-07-2026, 16:12
"Turan Tovuz" akademiya üçün futbolçular seçdi
25-07-2026, 14:06
“Atletiko” cənubi koreyalı futbolçunun transferini razılaşdırıb -
“Atletiko” cənubi koreyalı futbolçunun transferini razılaşdırıb - Transfer xəbərləri
25-07-2026, 11:30
Azərbaycanlı hücumçu Rüfət Dadaşov oynadı, komandası uduzdu
Azərbaycanlı hücumçu Rüfət Dadaşov oynadı, komandası uduzdu
25-07-2026, 09:06
İtaliya millisi Pirloya tapşırıldı -
İtaliya millisi Pirloya tapşırıldı - Xarici xəbərlər
24-07-2026, 13:22
“Mançester Yunayted” “Tottenhem”in və İngiltərə millisinin müdafiəçisi -
“Mançester Yunayted” “Tottenhem”in və İngiltərə millisinin müdafiəçisi - Transfer xəbərləri
24-07-2026, 13:33
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb