FutbolMedia.Az
  • 08:45 Cümə
    10 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
AFFA ilə Aslan İsmayılov arasında qalmaqal qızışır

AFFA ilə Aslan İsmayılov arasında qalmaqal qızışır

Tanınmış vəkil Aslan İsmayılov AFFA-nın onu məhkəməyə verdiyini açıqlayıb.

Futbolmedia.az xəbər verir ki, o, bu barədə özünün Feysbuk səhifəsindəki paylaşımında bildirib.

"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov rəsmi qaydada məhkəməyə verib.

E.Məmmədov 27 sentyabr 2021-ci il tarixdə "AFFA-da yeyintilər var" deyib guya onlara böhtan atdığıma görə məni məhkəməyə verib cəzalandırılmağımı tələb edir. Sən demə Ermənistanın 89-cu, Mozambikin 116-cı olduğu FIFA reytinqində Azərbaycanı 117-ci pilləyə salan qurumun işgüzar nüfuzuna xələl gətirmişəm" - deyə o qeyd edib.

A.İsmayılov daha sonra yazıb: "E.Məmmədovu “şur götürüb”, yaxud Leninin yazısında olan kimi futboldakı “uğurlarından baş gicəllənməsi baş verib” deyə bilmirəm. Onu bilirəm ki, bu insan ünvanı, zamanı və məkanı tam dəyişik salıb. Belə olmasa Azərbaycan futbolunun bugünkü rəzil durumunda, başçılıq etdiyi qurumlarda baş verənləri bütün ölkənin bildiyi vaxtı, 1 milyon aktiv futbol azarkeşinin bunun fəaliyyətindən narazı olduğu zamanda sakitcə oturub gözə görünməməyə, dilə düşməməyə çalışardı. Amma bir əmma da var. 27 yaşında, futboldan xəbəri olmayan birisini o cür məsuliyyətli bir vəzifəyə təyin edəndə, əlbəttə beləsi özünü əlahiddə, toxunulmaz bir şəxs hesab edəcək!

Açığı, ilin günün bu vaxtında belələrinə baş qoşmaq istəməzdim. Ancaq indi məcburam və döyüşü qəbul edirəm. Onsuz da ömrüm mübarizələrdə keçib, R.Mehdiyev-Ə.Həsənov cütlüyü 3 dəfə məhkum etdirib, yeganə peşəm olan vəkilliyimi belə əlimdən alıblar. Yaşım 63-ü kiçib. 64 yaşımda 4-cü məhkumluğu yaşamağa da hazıram.

Bircə halı diqqətinizə çatdırım ki, əgər yalan yazmışdımsa nə üçün yazım dərc olunandan 3 saat sonra AFFA-nın tabeliyində olan qurum təcili banka müraciət edib borclu olduğu fəhlə haqqının təcili köçürülməsini xahiş etdi. Bu günə qədər gözə görünməyən E.Məmmədov yenə həmin yazıdan sonra necə oldu ki, hər gün gah Tovuzda, gah Lənkəranda kameralar önündə top qovalamağa başladı.

Futbolsevərlərdən isə xahişim odur ki, bu müddət ərzində bu çəkişməni diqqətdə saxlasınlar. Çünki, bu çəkişmə tək AFFA - Aslan İsmayılov çəkişməsi deyil. Mənim timsalımda AFFA bütün futbolsevərlərin səsini kəsməyə çalışır".

Qeyd edək ki, ilk məhkəmə iclası oktyabrın 11-i saat 14.30-da Səbail Rayon Məhkəməsində keçiriləcək. Vəkil bütün futbolsevərləri bu çəkişməyə dəvət edib: "Əvvəlcədən koronavirus pandemiyasına görə hər birinizi sosial məsafə saxlamağa səsləyirəm".

6-10-2021, 11:32
20781
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
5-10-2021, 17:37
AFFA Aslan İsmayılovu məhkəməyə verdi
AFFA Aslan İsmayılovu məhkəməyə verdi
30-09-2021, 14:01
AFFA-nın icraçı vitse-prezidenti Oğuzda
AFFA-nın icraçı vitse-prezidenti Oğuzda
29-09-2021, 16:01
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şəki şəhərinə səfər etdi
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şəki şəhərinə səfər etdi
26-09-2021, 19:25
Samir Abasov:
Samir Abasov: "Oyun heç xoşuma gəlmədi"
17-09-2021, 17:25
AFFA İntizam Komitəsinin sədri:
AFFA İntizam Komitəsinin sədri: "Baxır, kimi söyürsən"
17-09-2021, 15:40
“Qəbələ” – “Səbail”, “Zirə” – “Sabah” oyununa hakim təyinatları
“Qəbələ” – “Səbail”, “Zirə” – “Sabah” oyununa hakim təyinatları
18-08-2021, 15:36
AFFA
AFFA "Sabah"ın futbolçusunu cəzalandırdı
9-07-2021, 12:26
Elxan Məmmədov:
Elxan Məmmədov: "Azərbaycanın da futbol masasında yeri olduğunu göstərdik"
16-06-2021, 16:07
Rövnəq Abdullayev Türkiyə Futbol Federasiyasının prezidentiylə görüşdü
Rövnəq Abdullayev Türkiyə Futbol Federasiyasının prezidentiylə görüşdü
9-06-2021, 09:20
AFFA yeni stadionu istifadəyə verdi
AFFA yeni stadionu istifadəyə verdi
2-06-2021, 12:11
Elxan Məmmədov :
Elxan Məmmədov : "Bakıdan zövq almaları üçün yaxşı plan hazırlamışıq"
31-05-2021, 15:15
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək
  Xəbər Lenti
"Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) - 3:0 - VİDEO 10.07.2026, 08:06
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol - Avropa Liqası 9.07.2026, 23:42
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi 9.07.2026, 23:10
Qurban Qurbanov: "Çox məsuliyyətli olmalıyıq, gözləntilər böyükdür" 9.07.2026, 22:40
"Vestri" klubunun baş məşqçisi: "Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər" 9.07.2026, 22:15
Karim Rossi “Qəbələ”də - Transfer xəbərləri 9.07.2026, 18:35
Husam Hasan 2030-cu ilə qədər Misir millisinin baş məşqçisi qalacaq - Xarici xəbərlər 9.07.2026, 16:11
"Mançester Yunayted" yeni stadionunun görüntüləri - "Old Trafford" 9.07.2026, 15:29
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq? 9.07.2026, 14:27
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Dünən, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
10-06-2026, 14:36
Bu legionerlər legioner
Bu legionerlər legioner "Karvan-Yevlax"dan ayrıldı
10-06-2026, 18:03
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək -
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək - Transfer xəbərləri
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
14-06-2026, 11:02
“Arsenal” argentinalı futbolçu ilə maraqlanır -
“Arsenal” argentinalı futbolçu ilə maraqlanır - Xarici xəbərlər
23-06-2026, 14:35
"Turan Tovuz" futbolçusu Ayxan Hüseynovla yollarını ayırdı - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb