



“Qarabağ” Kosta-Rika millisinin oyunçusunu transfer etmək istəyir
Kosta-Rika millisinin futbolçusu Dieqo Kamposun karyerasını Azərbaycanda davam etdirə biləcəyi iddia olunur.Bu haqda Kosta-Rikanın “La Nacion” nəşri məlumat yayıb.
Futbolmedia.az xəbər verir ki, yerli mənbələr “Qarabağ”ın 29 yaşlı yarımmüdafiəçiyə maraq göstərdini və heyətinə qatmaq istədiyini yazıb.
Məlumata görə, artıq “Qarabağ” Dieqo Kamposa görə onun müqavilə ilə məxsus olduğu Kosta-Rika yüksək liqa təmsilçisi “LD Alaxuelense”yə təklif də irəli sürüb.
Hazırda tərəflərin danışıqlar apardığı da iddia olunub.
Millidə 3 oyun keçirən və 1 qol vuran Dieqo Kampos sol vinger mövqeyində çıxış edir. Hazırda “Qarabağ”da bu mövqedə Abdullah Zubir və Emmanuel Addai oynayır.
“Qarabağ”dan redaksiyamıza bildirilib ki, adıçəkilən legioner onların maraq dairəsinə daxil deyil.
Kosta-rikalı heç Azərbaycan çempionuna təklif edilən oyunçuların siyahısında yer almayıb.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























