



“Sumqayıt” “Səbail”ə qarşı - YENİLƏNİR
Misli Premyer Liqasının 19-cu turun matçları davam edir.
Futbolmedia.az xəbər verir ki, bu gün keçiriləcək ikinci oyunda “Sumqayıt” öz meydanında “Səbail”i qəbul edəcək.
Hazırda Sumqayıt klubu 20 xalla turnir cədvəlində altıncı, paytaxt təmsilçisi isə 8 xalla sonuncu pillədə qərarlaşıb.
Cari mövsüm bu komandaların qarşıdurmalarında sevinən tərəf “Sumqayıt” olub. “Gənclik şəhəri”nin təmsilçisi səfərdə “Səbail”ə 1:0, öz meydanında isə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, günün ilk oyununda “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək.
18 yanvar
18:30. “Sumqayıt” - “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Teymur Teymurov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
16:00. “Zirə” - “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Şirmamed Mamedov
Zirə İdman Kompleksinin stadionu
19 yanvar
16:00. “Kəpəz” - “Turan Tovuz”
18:30. “Neftçi” - “Sabah”
17 yanvar
“Qarabağ” - “Şamaxı” - 3:2
Azərbaycan Premyer Liqası























