



"Araz-Naxçıvan" "Turan Tovuz"a qarşı - YENİLƏNİR
Bu gün Misli Premyer Liqasında 15-ci tura start veriləcək.
Futbolmedia.az xəbər verir ki, ilk gündə 2 görüş keçiriləcək.
Əvvəlcə 2-ci yerdəki "Araz-Naxçıvan" 3-cü pillədəki "Turan Tovuz"u qəbul edəcək. Matç saat 16:00-da başlayacaq.
"Araz-Naxçıvan" bu oyunda qələbə qazanarsa, ən az 2 günlük - "Neftçi" - "Qarabağ" qarşılaşmasınadək liderliyi ələ keçirəcək. "Turan Tovuz" qalib gələcəyi təqdirdə Naxçıvan klubu ilə arasındakı xal fərqini 2-yə endirəcək.
Bu komandalar arasında 1-ci dövrənin matçında "Araz-Naxçıvan" 2:1 hesabı ilə üstün olub.
Günün son oyununda isə "Sabah" "Səbail"lə üz-üzə gələcək.
Qeyd edək ki, turun digər görüşləri 30 noyabr və 1 dekabr tarixlərində keçiriləcək.
29 noyabr (cümə)
16:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
“Liv Bona Dea Arena”
19:00. “Sabah” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Rəhman İmami
“Bank Respublika Arena”
30 noyabr (şənbə)
Azərbaycan Premyer Liqası























