



"Turan Tovuz"dan rekord
“Turan Tovuz” Misli Premyer Liqası tarixində ilk dəfə səfərdə 4 qol vurub.
Futbolmedia.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 10-cu turun “Sumqayıt”la matçına təsadüf edib. Kurban Berdıyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib.
Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz təmsilçisi bunadək səfərdə keçirdiyi 5 görüşdə üç qol vurub. Həmin rekord Sumqayıtda yenilənib.
“Turan Tovuz” tarixində 3-cü dəfə Premyer Liqa görüşündə 4 qol vurub. Əvvəlki iki belə matç evdə baş tutub. Qərb təmsilçisi 2022/23 mövsümündə “Neftçi”ni, ötən çempionatda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq 27.11.2026, 17:02
Türkiyə millisinin müdafiəçisi Fransa klubuna keçir 27.11.2026, 16:10
"Qarabağ" "Barselona"da oynamış forvardla maraqlanır 27.11.2026, 15:07
UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib 27.11.2026, 14:03
"İmişli" "Şəfa"ya, "Neftçi" "Zirə"yə qarşı - YENİLƏNİR 27.11.2026, 13:09
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı 27.11.2026, 12:08
“Roma” ispan müdafiəçini heyətdə saxlayacaq - Yeni müqavilə 27.11.2026, 11:35
Savinyo zədələnməsi İngiltərə klubunu çətinə saldı - Xarici xəbərlər 27.11.2026, 11:02
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avropa Liqası 27.11.2026, 10:10
Azərbaycan Premyer Liqası























