



"Turan Tovuz" - "Qarabağ"a qarşı - Azərbaycan Premyer Liqası
Bu gün Misli Premyer Liqasında XIX turun daha 2 oyunu keçiriləcək.
Futbolmedia.az-ın məlumatına görə, günün ilk matçında lider "Qarabağ" "Turan Tovuz"un qonağı olacaq. 50 xalı olan Ağdam klubu turnir cədvəlinə başçılıq edir. Tovuz təmsilçisi isə 17 xalla 6-cıdır.
İki komanda indiyədək ölkə çempionatında 2 dəfə üz-üzə gəlib. Əvvəlki matçlarda "Qarabağ" qələbə qazanıb - 3:0, 2:0. "Turan Tovuz" həm xal qazanmayıb, həm də qol vurmayıb.
Günün son oyununda "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Hazırda "qartallar" 28 xalla 4-cü, "gənclik şəhəri" təmsilçisi isə 12 xalla 9-cu pillədə qərarlaşıb.
Bunadək Premyer Liqada 29 dəfə qarşılaşan kollektivlərin duelində paytaxt təmsilçisi 15, Sumqayıtın eyniadlı komandası isə 6 dəfə qalib gəlib. 8 görüş bərabərliklə başa çatıb. Topların nisbətində də bakılıların üstünlüyü var - 37:21.
"Zirə" son 9 oyunda uduzmayıb. "Sumqayıt" isə son 8 görüşdə qol vurmayıb.
Misli Premyer Liqası, XIX tur
25 yanvar
14:00. "Turan Tovuz" - "Qarabağ"
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu, 14:00
16:30. "Zirə” - “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun açılış matçında "Kəpəz" evdə "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura yanvarın 26-da keçiriləcək "Şamaxı" - "Səbail" və "Sabah" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























