



"Neftçi"nin məşqçisi: "Məncə, bacaracağıq"
“Neftçi”nin məşqçisi Saşa Petroviç Misli Premyer Liqasının “Kəpəz” klubu ilə 34-cü tur oyunundan (5:1) sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərin suallarını cavablandırıb.
- İlk hissədə yaxşı çıxış etdik, ikinci hissədə lap yaxşı oyun oldu. Oyunçular xarakter göstərdi. İlk qoldan sonra “Neftçi” adına layiq oyun oldu.
– Qeyd etdiniz ki, oyunçular bu gün xarakter göstərdi. Keçən oyunda məğlub oldunuz. Onda xarakter göstərmək olmazdımı?
– Çətin sualdır. “Qarabağ” bizdən daha yaxşı komandadır. 4 aydır burada çalışırıq. İndi irəli baxmalıyıq. Bilirik hansı istiqamətdə işləməliyik. Məncə, “Qarabağ”la oyunu unudub, gələcəyə baxmaq lazımdır.
– Miodraq Bojoviçin yeri nə dərəcədə görünürdü?
– Baş məşqçinin olmamağı təbii bir şeydir. Hər şey qaydasındadır. Nəticə bunun göstəricisidir.
– Emin Mahmudov növbəti oyunlarda olacaq?
Azərbaycan Premyer Liqası























