FutbolMedia.Az
  • 14:23 Bazar ertəsi
    12 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Elmar Baxşıyev:

Elmar Baxşıyev: "Prinsipim Rəşad Sadıqovla deyil"

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 32-ci turunda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

- "Araz-Naxçıvan"da ilk qələbəmizdir. Amma daha çox komandamın meydandakı intizamının olması məni sevindirir. Futbolçular bu gün əzmkarlıq göstərdilər. Bərabər səviyyəli oyun gördük. Komandamı təbrik edirəm. Qarşıdakı dörd matça hazırlaşacağıq.

- Oyuna müdafiəyəmeyilli başlamağınız rəqib baş məşqçini təəccübləndirdi…

- Oyunla bağlı seçim mənim idi. Daha çox komandanın belə oynamasını istəyirəm. Rəqibi də nəzərə alırıq. Bunun əsasında plan tərtib olunur.

- Rəşad Sadıqovla duelleriniz maraqlı olur. "Zirə"ni daha yaxşı incələyirsiniz?

- Prinsipim Rəşad Sadıqovla deyil. Bu gün "Zirə" ilə "Araz-Naxçıvan" oynayırdı. Sadəcə, hər ikimiz dinamik futbola üstünlük veririk. Əzmkarlıq öndə olur. Heç bir prinsip yoxdu. Biz də ilk qələbəmizi qazanmaq istəyirdik.

- Premyer Liqada qalmağı bacardınız, sabiq komandanız "Qəbələ" isə liqadan düşdü. Kaxaber Sxadadze dedi ki, bura gəlməklə imicimi qurban verdim. "Qəbələ"nin düşməsində sizin nə qədər payınız var?

- Pay ayırmazdım. Əlbəttə ki, mən də o komanda ilə uğurlara çatmışdım, o komandada məşqçi kimi püxtələşdim. Mənim də payım var. Amma klub kompleks işi tələb edir. Səbəblər çoxdur. Mən də səbəblərdən burada danışsam, söhbət uzanacaq. Özümü Sxadadze ilə müqayisə etmək istəmirəm. Üzərimə düşənin ən yaxşısını kluba verməyə çalışırdım. Təbii ki, "Qəbələ" Azərbaycan futbolu üçün dəyərli, böyük klubdur. Heç kim istəməz ki, Premyer Liqadan getsinlər. Mən də istəyərəm yüksək liqada qalsınlar, inkişaf etsinlər.

- Hakim qərarları haqda nə düşünürsüz?

Qərəz yox idi, emosiya idi. Hakim bu oyunu normal idarə etdi. Oyunun nəticəsinə təsir edən səhvlər etmədi. Fikrim başqadı, oyunu idarə edən hakimdi. O da öz işinin peşəkarıdır, qərarına hörmətlə yanaşmaq lazımdır.

- Rəşad Sadıqov indiki Hakimlər Komitəsini günahlandırdı, bəzi klubların hakimlərlə münasibətinin yaxşı olduğunu iddia etdi. Hakimlər bəzi klublara simpatiya göstərir?

- Səhv və qərəzli qərarlar başqa nüanslardır. "Qəbələ"də olanda da bizə qarşı simpatiya görmədim, "Araz-Naxçıvan"dayam, burda da görmədim. İsti münasibətlərini görmədim. İstəyərəm ki, bütün komandalara yanaşma eyni olsun. Hakimlərin 10 komandanın heç birini seçmək ixtiyarı yoxdur, hamısı əziz olmalıdır. Hamıya eyni gözlə baxılsa, daha yaxşıdır

29-04-2024, 22:10
12652
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
29-04-2024, 22:18
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Bəzi qərarlar çəkilən əziyyətləri yerə vurur"
29-04-2024, 12:16
“Zirə”– “Araz-Naxçıvan”a qarşı -
“Zirə”– “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR
13-04-2024, 21:39
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Mənə söz veriblər"
8-04-2024, 14:38
Elmar Baxşıyev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olundu
Elmar Baxşıyev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olundu
10-03-2024, 14:01
“Turan Tovuz”
“Turan Tovuz” "Araz-Naxçıvan”a, “Qarabağ” “Zirə”yə qarşı
22-10-2023, 09:21
“Qəbələ”– “Araz-Naxçıvan”a qarşı -
“Qəbələ”– “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR
1-10-2023, 21:10
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Hücumda keyfiyyətimiz çatmır"
1-10-2023, 08:34
"Kəpəz" "Qəbələ"yə, "Zirə" "Araz-Naxçıvan"a qarşı YENİLƏNİR
12-08-2023, 22:12
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Bu qədərini təxmin etmirdik"
12-08-2023, 14:11
“Araz-Naxçıvan” – “Qəbələ”yə, “Zirə” – “Kəpəz”ə qarşı -
“Araz-Naxçıvan” – “Qəbələ”yə, “Zirə” – “Kəpəz”ə qarşı -
4-05-2022, 21:01
Elmar Baxşıyev:
Elmar Baxşıyev: “Qəbələ”ni hesabdan silmək vaxtı deyil"
29-11-2021, 19:08
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Bəzi epizodlar var ki, bizdə müəmma yaratdı”
  Xəbər Lenti
“Real” Martin Zubimendini transfer etmək istəyir - Transfer xəbərləri 12.10.2026, 14:05
“Real”da baş məşqçi Joze Mourinyo fasilədən narazıdı - Xarici xəbərlər 12.10.2026, 13:11
Gürcüstanlı futbolçu İtaliya klublarının diqqətində - Transfer xəbərləri 12.10.2026, 12:09
"Sassuolo" - "Milan" 1:1 - VİDEO 12.10.2026, 11:27
Millimizin üzvü Renatın komandası qələbə qazana bilmədi 12.10.2026, 11:05
Klarens Zeedorf Braziliyanın “Korintians” klubunun baş məşqçisi oldu - Xarici xəbərlər 12.10.2026, 10:06
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu 12.10.2026, 09:07
Toral oynamadı,klubu məğlub oldu - Türkiyə Superliqası 12.10.2026, 08:16
"Şəfa" - "Turan Tovuz" 0:1 - VİDEO 11.10.2026, 22:09
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb