



“Real”ın ukraynalı qapıçısının 3 “elçi”si var - Transfer xəbərləri
Bu mövsüm “Real”ın “1 nömrə”sinə çevrilən qapıçı Andrey Luninə transfer bazarında tələbat artıb.
Futbolmedia.az “Todofichaes”-ə istinadən xəbər verir ki, ukraynalı qolkiperin karyerasını İngiltərə və Fransa çempionatlarında davam etdirmək variantları var. Onun xidmətində “Mançester Yunayted”, “Çelsi” və PSJ maraqlıdır.
Ukraynalı qapıçının “kral” klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub və onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir.
Lunin Çempionlar Liqasının 1/4 finalının “Mançester Siti” ilə cavab matçının qəhrəmanı olub. O, penaltilər seriyasında “şəhərlilər”in iki zərbəsini dəf edib.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Lamin Yamal "Sabah"a 1 qol vursa... 23.11.2026, 12:14
Azərbaycan Premyer Liqası























