



“Çelsi”də şok itkilər - 12 futbolçusu oynamayacaq
“Çelsi”nin 12 futbolçusu İngiltərə Premyer Liqasının 19-cu turunda "Kristal Pelas"la matçda iştirak etməyəcək.
Futbolmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi Lesli Uqoçukvu "Vulverhempton"la matçda (1:2) zədələnib. Ben Çilvell, Robert Sançes, Trevo Çaloba, Karni Çukvumeka, Mark Kukurella, Uesli Fofana və Ris Ceyms isə zədədən sağalmaqda davam edir.
Koul Palmer və Rahim Sterlinq sarı vərəqə limiti səbəbindən matçı buraxacaq.
Moyses Keysedo və Enzo Fernandes xəstəlik səbəbindən "Kristal Pelas"a qarşı oynamayacaq.
18 turdan sonra "Çelsi" Premyer Liqada 22 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Çelsi" - "Kristal Pelas" matçı dekabrın 27-də keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Mahir Emreli: “Çətin mövsüm keçiririk” 29.11.2026, 13:09
“Liverpul”un hədəfindəki müdafiəçi - Xarici xəbərlər 29.11.2026, 11:29
Roke “Barselona”nın məşqçilərindən şikayətləndi - Xarici xəbərlər 29.11.2026, 11:07
FIFA sülh mükafatını ləğv etmək istəyir - Xarici xəbərlər 29.11.2026, 10:14
Millimizin üzvü Rüfətin komandası uduzdu 29.11.2026, 09:23
“Sabah” - “Araz-Naxçıvan” 2:0 - VİDEO 29.11.2026, 08:52
Dambrauskas: “Stadionları insanların ayağına aparmalıyıq?” 28.11.2026, 22:18
Yuri Maksimov: “Biz də qələbə qazanmaq istəyirik” 28.11.2026, 21:30
“Turan Tovuz” - “Kəpəz” 2:1 - VİDEO 28.11.2026, 20:16
Azərbaycan Premyer Liqası






















