



“Milan"ın hücumçusu Olivye Jiruya sərt cəza - Xarici xəbərlər
“Milan"ın hücumçusu Olivye Jiru hakim Rosario Abissonu təhqir etdiyinə görə A Seriyasında iki oyunluq diskvalifikasiya olunub.
Futbolmedia.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. İtaliya A Seriyasının 12-ci turunun “Leççe” – “Milan” matçında (2:2) Jiru 90+3-cü dəqiqədə qaydanı pozduğu üçün sarı vərəqə alıb. O, daha sonra hakim Rosario Abissonu təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, fransalı futbolçu A Seriyasında “Fiorentina” və "Frozinone"yə qarşı görüşləri buraxacaq.
Qeyd edək ki, Jiru bu mövsüm bütün turnirlərdə "Milan"ın heyətində 15 oyuna çıxıb, 8 qol vurub və 3 qolun ötürməsini verib.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
"Qalatasaray"ın hücumçusu əməliyyat olundu - Xarici xəbərlər 25.11.2026, 18:09
"Neftçi"nin futbolçuları üçün seminar keçirildi 25.11.2026, 17:07
"Şəfa" klubunda iclas oldu - Zaur Həşimov idtefaya göndəriləcəkmi? 25.11.2026, 16:15
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər 25.11.2026, 15:23
“Kalyari” “Napoli”nin hücumçusuna göz dikib - Transfer xəbərləri 25.11.2026, 14:05
"Fənərbaxça" "Şaxtyor"la, PSJ "Roma"ya qarşı - Çempionlar Liqası 25.11.2026, 13:14
“Çelsi”nin müdafiəçisi Fofana: "Həmin vaxt futbolu tərk etmək istəyirdim" 25.11.2026, 12:11
Ronaldodan 987-ci qol - 1000-ci qol çox az qaldı 25.11.2026, 11:37
"Sabah" "Barselona"ya qarşı - YENİLƏNİR 25.11.2026, 11:05
Azərbaycan Premyer Liqası




















