



"Sumqayıt" "Kəpəz"ə, "Neftçi" "Qarabağ"a qarşı - YENİLƏNİR
Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq.
Futbolmedia.az xəbər verir ki, 3-cü - sonuncu oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Kəpəz" "Sumqayıt"ın qonağı olacaq. Oyun saat 16:30-da başlayacaq.
Turun mərkəzi qarşılaşmasında isə ötən mövsümün 3-cüsü "Neftçi" son çempion "Qarabağ"ı qəbul edəcək. Bu oyun isə saat 19:30-da start götürəcək.
Qeyd edək ki, turun digər matçları 6 və 7 oktyabr tarixlərində keçirilib.
8 oktyabr
16:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
“Kapital Bank Arena”
19:30. “Neftçi”– “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
“Neftçi Arena”
6 oktyabr
“Zirə” – “Turan Tovuz” - 2:1
7 oktyabr
“Sabah” – “Araz-Naxçıvan” - 1:1
“Qəbələ” – “Səbail” - 0:1
Azərbaycan Premyer Liqası























