



“Qalatasaray”dan evdə çətin qələbə - Türkiyə Superliqası
Türkiyə Superliqasında 7-ci turun oyunları davam edir.
Futbolmedia.az xəbər verir ki, bu gün daha 4 görüş keçirilib.
“Sivasspor” – “Hatayspor” matçı qolsuz bitib. "Hatayspor"da çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 59-cu dəqiqədə meydana daxil olub və son qədər oynayıb.
“İstanbulspor” evdə “Antalyaspor”a uduzub - 1:2. “Trabzonspor” doğma meydanda “Pendikspor”u, son çempion “Qalatasaray” isə “Ankaragücü”nü 2:1 hesabı ilə məğlub edib.
30 sentyabr
"Sivasspor" – "Hatayspor" - 0:0
"İstanbulspor" – "Antalyaspor" - 1:2
Qollar: Ethemi, 26 – Buksa, 50; 60.
"Trabzonspor" – "Pendikspor" - 2:1
Qollar: Onuaçu, 3. Bakasetas, 27 – E.Çekici, 36.
"Qalatasaray" – "Ankaragücü" - 2:1
Qol: Zaha, 56. Bilazer, 60-avtoqol – Cephas, 48.
"Qalatasaray" bu qələbə ilə xallarının sayını 19-a çatdırıb və liderliyə yükəslib. Bir oyun az keçirən "Fənərbaxça" 18 xalla 2-ci, "Trabzonspor" 12 xalla 3-cüdür.
Azərbaycan Premyer Liqası























