



"Qalatasaray" səfərdə qələbə qazandı - Türkiyə Superliqası
Türkiyə Superliqasında 6-cı tur davam edir.
Futbolmedia.az xəbər verir ki, 2-ci oyun günündə daha 4 görüş keçirilib.
“Pendikspor” “Fatih Karagümrük”lə, “Rizəspor” isə “Sivasspor”la heç-heçə edib. “Antalyaspor” “Samsunspor”a, son çempion "Qalatasaray" isə “Başakşəhər”ə qalib gəlib.
Qey edək ki, hazırda turnir cədvəlində "Qalatasaray" 13 xalla (5 oyun) liderdir. "Rizespor" 11 xalla (6 oyun) 3-cü, "Antalyaspor" (6 oyun) 6 xalla 11-ci, "Fatih Karagümrük" eyni xalla (6 oyun) 12-ci, "Sivasspor" (6 oyun, 6 xal) 13-cü, "Pendikspor" 4 xalla (6 oyun) 16-cı, "Başakşehir" 3 xalla (5 oyun) 17-ci, "Samsunspor" isə 1 xalla 20-cidir (5 oyun).
Türkiyə Superliqası, 6-cı tur
23 sentyabr
"Pendikspor" - "Fatih Karagümrük" - 1:1
Qollar: Romero, 45+2 - Eysserik, 90+1.
"Rizəspor" - "Sivasspor" - 1:1
Qollar: Vareşanoviç, 35 - Says, 7.
"Antalyaspor" - "Samsunspor" - 2:0
Qollar: Yehezkel, 10; 18.
"Başakşehir" - "Qalatasaray" - 1:2
Qollar: Dyubua, 64 - Ziyeş, 43. İkardi, 50.
Azərbaycan Premyer Liqası























