FutbolMedia.Az
  • 20:37 Cümə axşamı
    16 Aprel 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Azərbaycanlı boksçu Cavid Çələbiyev :

Azərbaycanlı boksçu Cavid Çələbiyev : "Qarabala"ya dəstək olurlar, bizə yox"

"Öz çəkimdə Azərbaycanda bir nömrəyəm. Yəni, qarşımda dayanan boksçu yoxdur. Məsələn, mən olimpiadada medal qazanan Alfonso Domingesdən həm qat-qat güclüyüəm, həm də ondan çox məşq edirəm və ondan daha yaxşı vuruşaraq, medal götürə bilərəm".

Futbolmedia.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) deyib.

O bildirib ki, Azərbaycan Boks Federasiyası (ABF) legionerlərlə müqayisədə azəbaycanlı boksçulara dəstək olmur: "Olimpiadada dəstəksiz uğur qazanmaq mümkün deyil. Bu gün həmin "Qarabala" (Alfonso Dominges - red.) bizim adımızdan döyüşür, cəmi 2 döyüş keçirərək, 3-cü yerə çıxır. İdmandan başı çıxmayanlar da baxıb, "Legioner olimpiadada medal qazandı" deyərək, onu təbrik edirlər. Amma bilmirlər ki, Azərbaycanın əsl igid oğlanları zərrə qədər dəstək almırlar. Ona görə də kənarda qalırıq. Hansısa "Qarabala"ya isə kömək edirlər. Bunun kimlərə sərf etdiyini özləri yaxşı bilirlər. Hər şey federasiya rəhbərliyindən asılıdır, bunu onlar edirlər".

29 yaşlı idmançının sözlərinə görə, legionerlər öz kefindədir, dünya-aləm onların vecinə deyil: "Legionerlər ürəkləri istədiyi kimi məşq edirlər. Biz isə canımızı qoyub hazırlaşırıq. Sonda da hansısa sürprizlə qarşılaşırıq. "Qarabala" elə sevinir ki, insanlar deyir, Azərbaycanda yerli boksçu yoxdur. Halbuki, öz adımdan danışıram, olimpiadada finala çıxa biləcək boksçuyam. Amma dəstək yoxdur. Legioner zəif döyüşə-döyüşə 3-cü yeri tutur, biz isə medalsız qalırıq. Özünüz də gördünüz ki, yarımfinalda kubalı Arlen Lopes Domingesi noqdauna saldı. Biz Domingesdən də artıq idmançıyıq. Sadəcə, yerli idmançılara soyuq, legionerlərə isə isti münasibət göstərirlər. Fərq bundadır. Sonra da deyirlər ki, Azərbaycanda boks yoxdur. Yerli idmançıya bu cür münasibətdən sonra, əlbəttə, boks olmayacaq".

Çələbiyevin fikirlərinə cavab olaraq, ABF-dən "Report"a bildirilib ki, komandada hansısa ayrıseçkilikdən söhbət gedə bilməz: "Cavid Çələbiyev Azərbaycan milli komandasının liderlərindəndir, dünya çempionumuzdur. Titullarına baxmayaraq, nəinki o, bütün yaş qrupları üzrə yığmalarda yer alan boksçular bizim üçün eynidir. Çünki onların hər birinin uğuruna inanırıq. Sadəcə “dəstək olmalıdır” ifadəsi bir qədər anlaşılan deyil. Çünki yığmanın hər bir üzvünə eyni şərait yaradılır və eyni dəstək göstərilir. Mümkün deyil ki, komandada hansısa ayrıseçkilikdən söhbət getsin. Çələbiyev Tokio-2020-yə hazırlıq dövründə də digərləri ilə eyni təlim-məşq toplanışlarında iştirak edib. O, komandamızla birgə 1 - 17 fevralda Beyləqanda, 26 fevral – 15 martda Türkiyədə, 21 aprel – 4 mayda Sumqayıtda, 7 - 31 mayda Özbəkistanda, 21 iyun – 3 iyulda Bakıda, 3 - 18 iyulda İtaliyada təlim-məşq toplanışlarında olub. Həmçinin 15 - 21 martda İstanbulda beynəlxalq turnirdə və 1 - 9 iyunda Parisdə lisenziya turnirində iştirak edib. Göründüyü kimi, burada hansısa fərqləndirilməkdən söhbət gedə bilməz. Alfonso Domingesin Tokio-2020 Olimpiadasına 1/8 finaldan başlamasına və iki döyüşdən sonra medal qazanmasına gəlincə, bunun səbəbini bütün bokssevərlər bilirlər. Bunu Beynəlxalq Olimpiya Komitəsi (IOC) reytinqə əsasən müəyyənləşdirir. Heç Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) da bu məsələyə müdaxilə etmir. Hakimləri də IOC təyin edir və son məqama kimi adlarını belə, açıqlamır. Hər şey bu qurumun nəzarəti altında keçirilir”.

Qeyd edək ki, Cavid Çələbiyev Tokio olimpiadasında 1/4 finalda ermənistanlı Ovanes Baçkova uduzaraq, mübarizəni dayandırıb. Alfonso Dominges isə yarımfinaladək irəlilədiyi üçün bürünc medal qazanıb.

10-08-2021, 15:57
26388
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
3-08-2021, 18:02
Azərbaycanın medal sıralamasındakı mövqeyi -
Azərbaycanın medal sıralamasındakı mövqeyi - Tokio-2020
2-08-2021, 15:11
Elnur Məmmədli cüdoçularımızı sərt tənqid etdi
Elnur Məmmədli cüdoçularımızı sərt tənqid etdi
1-08-2021, 11:07
Boksçumuz Alfonso yarımfinal döyüşünə çıxır
Boksçumuz Alfonso yarımfinal döyüşünə çıxır
31-07-2021, 13:13
Milli Olimpiya Komitəsinin vitse-prezidenti:
Milli Olimpiya Komitəsinin vitse-prezidenti: "Elə idmançı var ki, onu danlamaq lazımdır"
31-07-2021, 11:30
Azərbaycan medal sayı rekordunu təkrarlaya bilmədi
Azərbaycan medal sayı rekordunu təkrarlaya bilmədi
31-07-2021, 10:10
Boksçumuz mübarizəni dayandırdı -
Boksçumuz mübarizəni dayandırdı - Tokio-2020
31-07-2021, 09:18
Cəmi 20 idmançımız mübarizə aparacaq -
Cəmi 20 idmançımız mübarizə aparacaq - Tokio-2020
30-07-2021, 16:06
Azərbaycan millisinin boksçusu:
Azərbaycan millisinin boksçusu: "Məqsədim qızıl medal qazanmaqdır"
27-07-2021, 15:17
Rüstəm Orucov:
Rüstəm Orucov: "Özümə gələ bilməmişəm"
6-07-2021, 18:02
Şota Arveladze:
Şota Arveladze: "Neftçi" "Dinamo"dan daha güclü görünür"
7-06-2021, 10:09
Boks üzrə millimiz Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazandı
Boks üzrə millimiz Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazandı
6-06-2021, 09:00
Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyasını qazandı
Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyasını qazandı
  Xəbər Lenti
“Barselona”nın müdafiəçisi Ronald Arauxo: “Mübarizəni bu cür şəkildə dayandırmaq çox ağrılıdır” 16.04.2026, 18:18
"Dinamo" İsmael Bennaseri "Milan"dan birdəfəlik transfer edəcək - Xarici xəbərlər 16.04.2026, 17:16
Millimizin üzvü Vüsal İsgəndərli Türkiyə Superliqasında oynaya bilər 16.04.2026, 16:14
Ramil Şeydayevin "Qarabağ"ı bu kluba dəyişəcək 16.04.2026, 15:42
Fransa millisinin üzvü Ekitike DÇ-2026-nı buraxacaq Xarici xəbərlər 16.04.2026, 14:20
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı 16.04.2026, 13:37
“Napoli” klubu “Barselona”nın yarımmüdafiəçisi Kasadonu istəyir - Transfer xəbərləri 16.04.2026, 12:15
Çempionlar Liqasında yarımfinalın cədvəli açıqlandı - 16.04.2026, 11:33
Bredli Barkola PSJ-dən gedə bilər - Transfer xəbərləri 16.04.2026, 11:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
26-03-2026, 17:03
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
23-03-2026, 17:01
"Qarabağ" klubuna və Azərbaycan futboluna düşmən kəsilən hoqqabaz AFFA utan -YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
23-03-2026, 09:11
"Turan Tovuz" klubu və Azərbaycan futbolu üçün dəyər olan Ehtiram Quliyev -YAZI
1-04-2026, 17:15
Gəncə futbolunu və
Gəncə futbolunu və"Kəpəz"i yüksəlişə aparan rəhbərlik və idarə heyəti - YAZI
24-03-2026, 14:21
Türkiyə - Rumıniya oyununu fransalı hakimlər idarə edəcək
Türkiyə - Rumıniya oyununu fransalı hakimlər idarə edəcək
24-03-2026, 17:08
"Mançester Yunayted" Alfonso Deyvisi "Bavariya"dan transfer etmək istəyir - Transfer xəbərləri
20-03-2026, 13:00
Federiko Valverde
Federiko Valverde "Real"da ən yaxşı seçildi - Xarici xəbərlər
26-03-2026, 19:06
Leaodan baş məşqçi ilə problem yaşadığı iddialarına reaksiya -
Leaodan baş məşqçi ilə problem yaşadığı iddialarına reaksiya - Xarici xəbərlər
20-03-2026, 09:20
"Qalatasaray" futbolçusunun zədəsi ilə bağlı kompensasiya tələb edəcək
20-03-2026, 12:05
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu Rafinya oldu  -
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu Rafinya oldu - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb