FutbolMedia.Az
  • 16:44 Çərşənbə
    13 May 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
AFFA-nın baş katibi Sərxan Hacıyev -

AFFA-nın baş katibi Sərxan Hacıyev - "Təəssüf ki, hamını razı salmaq olmur"

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Futbolmedia.az xəbər verir ki, toplantıdan sonra qurumun baş katibi Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

- Əvvəlcə İcraiyyə Komitəsinin iclası barədə məlumat verərdiz.

- Müzakirəyə çıxarılan əsas məsələ II Liqa ilə bağlı idi. İcraiyyə Komitəsinin qərarına əsasən bu liqada komanda sayı 12-dən 14-ə artırıldı. Bu müddət ərzində həm AFFA-ya, həm də PFL-ə bir çox komandalar müraciət etmişdi. Onların hamısı ilə tanış olduq, stadionları ilə maraqlandıq. Sonda əlavə iki komandanın II Liqaya buraxılmasına qərar verildi. Onlardan biri “Dinamo” olacaq. Bilirsiz ki, əvvəllər Daxili İşlər Nazirliyinin belə bir komandası fəaliyyət göstərib. İkinci isə Qusar “Şahdağ”ı oldu. Qusar klubu noyabrın sonunadək rayondakı stadionun inşasını yekunlaşdıracağı ilə bağlı təminat verdi. Artıq arenanın böyük hissəsi hazırdı, müəyyən işlər görülüb. Sevindirici haldır ki, stadion investor tərəfindən tikilir. Qusar futbol ənənəsi olan bölgələrdən biridir. Buna görə də İK tərəfindən onların müraciətinə müsbət cavab verildi. “Dinamo”ya gəlincə, son zamanlar bəzi futbolçular hərbi xidmətlə bağlı problemlər yaşayırlar. Həmin futbolçuların ustalıq səviyyəsinin aşağı düşməməsi üçün “Dinamo”da çıxış etmələrinə imkan yaradılacaq. Düzdür, MOİK-də var, hansı ki bu məsələdə bizə köməklik göstərir. Lakin bəzi perspektivli futbolçular MOİK-ə gələ bilmirlər. Buna görə də “Dinamo”nun yaradılması barədə qərara müsbət baxıldı. “Dinamo” tarixi olan klubdur. Ötən əsrin 90-cı illərində ölkə çempionatında çıxış edib.

- Bu 2 klubun infrastrukturu ilə bağlı vəziyyət nə yerdədir?

- “Şahdağ” noyabrın 1-nə kimi ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksində keçirəcək. Artıq bununla bağlı PFL-lə də söhbət olub. Stadionla tanışlıq olub, arena standartla cavab verir. “Dinamo”ya gəldikdə isə, bu dəqiqə konkret stadion adını çəkə bilmirik. Yalnız onu deyə bilərik ki, komanda Bakı ərazisində məskunlaşacaq. Standartlara cavab verən paytaxt stadionlarından birində ev oyunlarını keçirəcək.

- İcraiyyə Komitəsinin iclasında II Liqadan başqa, digər hansı məsələlər müzakirə olundu?

- II Liqadan başqa yalnız bir məsələ müzakirə olundu. Bu da AFFA-nın infrastruktur layihələri ilə bağlı idi. Müəyyən stadionlar var ki, ot örtükləri ürəkaçan səviyyədə deyil. Həmin ot örtüklərinin dəyişdirilməsi, həmçinin bəzi stadionlarda infrastruktur işləri müzakirə olundu. Bununla bağlı ciddi problemlər var. İnfrastruktur layihələrinin həyata keçirilməsi müzakirə edildi. Az sonra AFFA-nın saytında bu məsələ ilə bağlı açıqlama olacaq.

- II Liqada iştirak etmək istəyən, lakin mənfi cavab alan digər klublarda hansı çatışmazlıqlar mövcud idi?

- Bəli, müraciət edənlər var idi. Lakin mən istərdim ki, hamı bizi anlayışla qarşılasın. Yeni liqa yaradılıb və bu yarışa 14 yeni komanda qatılır. Daha 14 komanda iştirak etmək istəyirdi. Ola bilər bəziləri bizdən inciyib, ola bilər bəziləri çatışmazlıqları qəbul edib. Ona görə xahiş edirəm bizi anlayışla qarşılasınlar. Təəssüf ki, hamını razı salmaq olmur. Bizim çempionatın iştirakçıları ilə bağlı seçimimizdə infrastruktur əsas məsələsidir. Düzdür, hazırda Qusar təmsilçisinin də stadionu yoxdur. Lakin bizə yeni stadionla bağlı təminat verilib.

- Sonda istərdik klublarımızın avrokubok şanslarını dəyərləndirəsiz. Sabahkı qarşılaşmalardan gözləntiləriniz nədir?

- İlk növbədə klublarımızın hər birinə uğurlar arzu edirik. Hamısından qələbə gözləyirik. İlk matçda 3 klubumuzdan 2-si qələbə qazandı. Bu, sevindirici haldır. Düşünürəm ki, bu qələbələrin ardı sabahkı oyunlarda da gələcək. “Neftçi”nin rəqibi çox çətindir. Lakin Bakıdakı görüşdə ikinci hissəsini çox yaxşı keçirdilər. Ona görə də sabah “Neftçi”dən gözəl oyun gözləyirik. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, Bakıda bir gündə keçirilən 3 avrokubok matçlarının təşkilatçılğım yüksək səviyyədə idi. Bunun üçün həm klublar, həm də dövlət orqanları tərəfindən layiqli işlər aparılmışdı. Biz də AFFA olaraq onlara təşəkkürümüzü bildirik. Xüsusən də Daxili İşlər Nazirliyinə. Onlar yüksək səviyyədə iş gördülər.

16-08-2023, 14:03
14928
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
5-08-2023, 08:23
UEFA-dan klublarımızın oyunları ilə bağlı yekun qərar
UEFA-dan klublarımızın oyunları ilə bağlı yekun qərar
16-06-2023, 15:26
Sərxan Hacıyev:
Sərxan Hacıyev: "Elmar müəllim nəyisə səhv başa düşüb"
15-05-2023, 15:15
AFFA-nın bugünkü qərarından sonra Premyer Liqada komandaların sayı bilinəcək
AFFA-nın bugünkü qərarından sonra Premyer Liqada komandaların sayı bilinəcək
13-04-2023, 15:09
AFFA İcraiyyə Komitəsinin iclası keçirildi -
AFFA İcraiyyə Komitəsinin iclası keçirildi - De Byaziyə irad tutuldu
4-10-2022, 15:14
AFFA İcraiyyə Komitəsinin iclası keçirilir
AFFA İcraiyyə Komitəsinin iclası keçirilir
3-10-2022, 15:33
AFFA-nın De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli oldu
AFFA-nın De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli oldu
31-05-2022, 11:17
AFFA İcraiyyə Komitəsi limit və əvəzetməyə görə yenidən toplaşır
AFFA İcraiyyə Komitəsi limit və əvəzetməyə görə yenidən toplaşır
29-04-2022, 10:10
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
6-04-2022, 10:12
AFFA-nın
AFFA-nın "Şamaxı" ilə bağlı müraciətinə UEFA-dan müsbət cavab - Rəsmi
15-11-2021, 14:00
AFFA-dan De Byazi ilə bağlı açıqlama
AFFA-dan De Byazi ilə bağlı açıqlama
10-11-2021, 11:47
"Keşlə" klubunun adı dəyişdirildi
31-05-2021, 15:15
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək
  Xəbər Lenti
İsveç millisinin DÇ-2026 üçün ilkin heyəti 13.05.2026, 16:16
"Qarabağ"ın oyununun biletləri satışa çıxarılır 13.05.2026, 15:37
“Araz-Naxçıvan”ın legioneri milliyə dəvət aldı 13.05.2026, 14:34
Cəlal Hüseynov: "Qollarımı ailəmə həsr edirəm" 13.05.2026, 14:00
Ferdinand: “Balet məni daha yaxşı futbolçu etdi” 13.05.2026, 13:17
“Aston Villa” “Arsenal”ın futbolçusunu istəyir - Transfer xəbərləri 13.05.2026, 12:15
“Dinamo” – “Şəmkir” 3:0 - VİDEO 13.05.2026, 11:38
Morata və digər ulduz futbolçular İspaniya millisinin heyətindən çıxarıldılar - 2026-cı il dünya çempionatına aparmadılar 13.05.2026, 11:06
“Sabah” - “Zirə”yə qarşı - Kubokun Finalı 13.05.2026, 10:10
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
23-04-2026, 15:09
"Real"ın futbolçusu Arda Güler sıradan çıxdı - Xarici xəbərlər
22-04-2026, 10:13
"Qarabağ" akademiyasının rəsmiləri İsveçrədə - FOTO
22-04-2026, 13:15
“Sabah” “Qarabağ”a qarşı –
“Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR
23-04-2026, 11:31
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal -
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal - Xarici xəbərlər
22-04-2026, 16:12
"Qarabağ"ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib
20-04-2026, 15:44
Salah  “Liverpul”la vidalaşdı -
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər
22-04-2026, 15:09
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
20-04-2026, 17:08
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır -
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır - Xarici xəbərlər
22-04-2026, 11:01
"Çelsi" 32 il sonra antirekordunu təkrarladı - Xarici xəbərlər
23-04-2026, 14:07
Canlı əfsanə Qullit:
Canlı əfsanə Qullit: “Futbol İngiltərəyə məxsus deyil”
22-04-2026, 12:15
Ronaldonun oğlunu
Ronaldonun oğlunu "Əl-Nəsr" əsas komandaya cəlb edə bilər - Transfer xəbərləri
21-04-2026, 16:13
"Qarabağ" Elvin Cəfərquliyevi transferə çıxardı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb