



Neymar Braziliya millisindəki karyerasını başa vurur?
Fransanın PSJ klubunda çıxış edən Neymar Braziliya millisindəki karyerasını başa vura bilər.
Futbolmedia.az "Fox Sports"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu bu barədə Qətərdə keçirilən dünya çempionatında Xorvatiya yığmasına uduzduqları 1/4 final mərhələsinin oyunundan sonra açıqlamasında bildirib.
Təcrübəli forvard hazırda bu məsələ ilə bağlı danışmağın çətin olduğunu söyləyib: "Bundan sonra nə olacağını bilmirəm. Heç nəyə zəmanət verə bilmərəm. Düşünmək üçün mənə bir az vaxt lazımdır. Braziliya millisi üçün qapını bağlamıram. Amma qayıtmaq istədiyimi əminliklə deyə bilmirəm".
Qeyd edək ki, "sambaçılar" Xorvatiyaya penaltilər seriyasına uduzaraq mübarizəni dayandırıb.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq 27.11.2026, 17:02
Türkiyə millisinin müdafiəçisi Fransa klubuna keçir 27.11.2026, 16:10
"Qarabağ" "Barselona"da oynamış forvardla maraqlanır 27.11.2026, 15:07
UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib 27.11.2026, 14:03
"İmişli" "Şəfa"ya, "Neftçi" "Zirə"yə qarşı - YENİLƏNİR 27.11.2026, 13:09
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı 27.11.2026, 12:08
“Roma” ispan müdafiəçini heyətdə saxlayacaq - Yeni müqavilə 27.11.2026, 11:35
Savinyo zədələnməsi İngiltərə klubunu çətinə saldı - Xarici xəbərlər 27.11.2026, 11:02
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avropa Liqası 27.11.2026, 10:10
Azərbaycan Premyer Liqası























