



Modriçdən 3 yeni rekord
Xorvatiya millisinin üzvü Luka Modriç 3 yeni rekorda imza atıb.
Futbolmedia.az "Opta"ya istinadən xəbər verir ki, o, buna DÇ-2022-nin ilk turunda Mərakşelə hazırda davam edən matçda meydana çıxmaqla nail olub. 37 yaşlı yarımmüdafiəçi nəticədə 3 onillikdə həm dünya, həm də Avropa çempionatlarında oynayan ilk futbolçu adını qazanıb.
Modriç 2008, 2012, 2016 (hər birində 3 oyun) və 2020-ci il (pandemiya səbəbindən 2021-ci ildə keçirilib, 4 oyun) Avropa çempionatlarında iştirak edib. Həmçinin o, 2006 (2 matç), 2014 (3 matç), 2018 (7 matç) və 2022-ci il (hələlik 1 matç) dünya çempionatlarında meydana çıxıb.
Həmçinin Modriç Xorvatiya millisinin heyətində Avropa və dünya çempionatlarında ən çox oyun (26 matç) keçirən futbolçudur. Bununla yanaşı, o. yığma ilə 4 dünya çempionatında meydana çıxan ilk oyunçu adını qazanıb.
Qeyd edək ki, hazırda 2-ci hissəsi oynanılan Xorvatiya - Mərakeş görüşündə hesab açılmayıb.
Azərbaycan Premyer Liqası



















