



AFFA Müşahidə Şurası ideyasından imtina etdi
Misli brendi Premyer Liqamıza sponsor olduqdan sonra bütün klublarda Müşahidə Şurasının yaradılması məsələsi gündəmə gəlib.
Futbolmedia.az-ın əldə etdiyi məlumata görə, ilk gündən AFFA tərəfindən klublarda Müşahidə Şurası yaradılması fikri irəli sürülüb. Bu, sponsor şirkət tərəfindən hər bir kluba 3 milyon manatın veriləcəyi ilə bağlı olub.
Lakin ideya heç də bütün klublar tərəfindən dəstək qazanmayıb. Məsələn, “Qarabağ” Müşahidə Şurasının yaradılmasının və AFFA-nın nümayəndəsinin klubda təmsil olunmasının əleyhinə çıxıb.
Saytımıza daxil olan xəbərə görə, 2 gün əvvəl AFFA rəsmiləri ilə klub nümayəndələri arasında görüş keçirilib. Yekunda bütün klublarda müşahidə şurası yaradılması ideyasından imtina olunub.
Hazırda sponsor şirkət tərəfindən klublara ayrılacaq 3 milyon manata nəzərətlə əlaqədar digər hüquqi mexanizmlər barədə düşünülür.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























