FutbolMedia.Az
  • 07:06 Bazar
    18 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Regekampf və

Regekampf və "Neftçi"nin "Aris"lə oyundakı məhəllə futbolu - YAZI

Yəqin ki, hazırda “Neftçi”nin yarıtmaz prezidenti Kamran Quliyev özünü dünyanın ən xoşbəxti hesab edir. Çünki “Neftçi” klimi qocaman, ölkə futbolunda milyonlarla azarkeş qazanmış “Flaqman” bir komandanı uçruma apardı. Rəhbərlik etdiyi komandaya bir bax. Klubunun başına gətirdiyi baş məşqçiyə diqqət edin. Gələndən hələ ki, “Pafoslu” açıqlamalarla yadda qalıb. Ortaya hələ bir iş qoya bilməyib. Klubunun göstərdiyi, nümaiş etdirdiyi, utancverici futbola bir bax. Daha nələr demək olar. Dünən təmsilçimiz Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçirilən "Aris”lə oyun tam rəzalət idi. Nə adına, nə şanına, nədə ki,onlara axan milyonlarla vəsaitə layiq idilər. “Aris” klubu ilk dəfədir ki, bu Avrokuboklarda iştirak edir. Bəs təcrübəli “Neftçi”yə nə olub? Niyə denən özünü meydanda acız göstərib, rəzalət bir oyun sərgilədi. Sən “Neftçi” nədən özünü avrokuboklarda aciz göstərirsən. Axı Azərbaycan futbolunda ilk dəfə Avroliqanın qrupuna vəsiqə qazanmış klubsan. Bu tarixi ilk dəfə sən yazmısan. Ancaq göstərdiyi oyuna bir baxın. Meydançaya çıxan “Neftçi” müdafiəçiləri sanki donmuşdu. Ümumiyyətlə, nə etdiklərini bilmirdilər. Rəqibin cərimə meydançamızda, topla istədikləri kimi rəftar etmələrinə, qapıya istənilən mövqedən zərbə vurmalarına, imkan yaradırdılar. “Neftçi”nin və baş məşqçisi Regekampfın səfərdə “Aris”ə qarşı göstərdiyi oyun məhəllə futbolu idi. Məhəllə futbolu “Neftçi”nin oynadığı futboldan daha maraqlı, daha səviyyəlidir. Rumuniyalı yeni baş məşqçinin dünənki oyunda heç xırda bir işi görünmədi. Yəni gördüyümüz, tanıdığımız “Neftçi”dir. Əlbəttə ki, zəif “Neftçi”. Regekampfın baş məşqçi olarq oyun sistemində və taktiki olaraq heç bir işini görə bilmədik. Bu adamın nəyini bəyənib kluba gətiriblər. Vallah baş məşqçinin qalmaqallı həyat yoldaşı Prodanı klubun sükanı arxasına gətirsəydilər, daha yaxşı xeyri dəyərdi. Heç olmasa qalmaqalla “Neftçi”ni gündəmdə saxlayarı. Bir iki tanınmış futbolçunu transfer edərdi. “Aris”in baş məşqçisi dünən bir qədər istehza ilə danışıb. Hətta deyibdir ki, “Neftçi”yə daha çox qol vura bilərdik. Yəni bəxtləri gətirdi ki, rüsvayçı məğlubiyyətlə üzləşmədilər. Təhlükəli vəziyyətləri, dirəkdən qayıdan toplarını nəzərə alsaq, “Aris”in baş məşqçisi düz deyib. Ancaq rəqib komanda ümumi planda istədiyinə nail oldu. Bakıdakı oyuna çox rahat çıxacaqlarını söləmək olar. Yəni bütün komanda ilə hücuma atılacaq “Neftçi”ni əks-hücumda sərt cəzalandıra bilərlər. Bu üslubları illərdi çox oyunlarda görmüşük. “Biz jurnalistlər deyəndə ki, “Neftçi” hazırlıqlara gec başlayır,bir çox qərarları çox gec verir. Hətta özünü təhlükəyə atır, elə bilirlər ki, düşmançılıq edirik. Klublar təlim-məşq toplanışına yığışanda, transferlər etməyə başlayanda, “Neftçi” hələ yatmışdı. Nə baş məşqçisi bilinirdi, nədəki klubdan hansı futbolçuların ayrılacağı. Hələ transferləri də, çox gec etdilər. Nəticəsi də, belə olmalı idi. Gətirdikləri baş məşqçi kimi “Neftçi”yə heç bir xeyr verməyəcək. Bunu indidən əminliklə söyləyirəm. Nə isə. Bütün çətinliklərə, rəzilliklərə baxmayaraq,“Neftçi”yə növbəti təkrar qarşılaşmada uğurlar arzu edirəm. Heç olmasa möcüzəyə inanaq. Çünki “Neftçi” klubu Kamran Quliyevin şəxsi klubu deyil, Azərbaycan xalqınındır. Bu ölkənin, bu dövlətin, bu millətindir.

Əli HƏYATİ

22-07-2022, 09:25
28307
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
22-07-2022, 09:13
"Aris" (Kipr) - "Neftçi" 2:0 - VİDEO
22-07-2022, 08:30
"Aris"in baş məşqçisi: "Lazım olan qədər qol vura bilmədik”
21-07-2022, 10:10
"Neftçi" "Aris"ə qarşı - YENİLƏNİR
16-07-2022, 10:10
"Neftçi"nin rəqibi məşhur futbolçunu transfer edir
8-07-2022, 11:01
"Neftçi"nin rəqibi "Aris"dən qələbə
7-07-2022, 09:13
"Neftçi"nin baş məşqçisi: "Aris"lə oyuna hazır olmalıyıq"- VİDEO
7-07-2022, 08:22
"Neftçi"nin rəqibi “Aris” məğlub oldu
30-06-2022, 13:06
“Neftçi”nin rəqibi “Aris”dən yeni transfer
“Neftçi”nin rəqibi “Aris”dən yeni transfer
29-06-2022, 17:20
“Aris”in baş məşqçisi:
“Aris”in baş məşqçisi: “Neftçi” bizimlə eyni vəziyyətdədir”
27-06-2022, 12:19
“Neftçi”nin rəqibi “Aris”dən növbəti transfer
“Neftçi”nin rəqibi “Aris”dən növbəti transfer
29-11-2021, 18:03
"Neftçi" - "Səbail" matçının ən yaxşısı Adil Nağıyev oldu
25-11-2021, 12:00
Elçin Rəhimli:
Elçin Rəhimli: "Neftçi" hər an, hər dəqiqə qol vura bilən komandadır"
  Xəbər Lenti
“Liverpul” Endrik üçün yenə "Real"a müraciət edəcək - Transfer xəbərləri 17.10.2026, 12:22
Millimiz DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub oldu 17.10.2026, 12:00
“Karvan-Yevlax” - “Gəncəbasar” 2:1 - VİDEO 17.10.2026, 11:07
İspaniya FİFA-nın sanksiyalarından CAS-a şikayət edəcək - Xarici xəbərlər 17.10.2026, 10:16
Millimizin üzvü Şeydayev oynadı, komandası qalib gəldi 17.10.2026, 09:14
Mahirin komandasından mövsümdə ikinci qələbə 17.10.2026, 08:03
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido: "Qələbəyə layiq idik" 16.10.2026, 22:22
Yuri Maksimov: "Özümüzü çıxılmaz vəziyyətə saldıq" 16.10.2026, 21:50
"Şamaxı" - "Şəfa" 3:2 - VİDEO 16.10.2026, 18:55
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb